Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əməkhaqqım 880 manatdır. Mən ailənin tək işləyən üzvüyəm. Ailəmiz 4 nəfərdən ibarətdir. Sosial yardım üçün müraciət etdik, cavab verildi ki, siz aztəminatlı ailə hesab edilmirsiniz. Bəs hansı ailələr aztəminatlı hesab edilir?

Əməkhaqqım 880 manatdır. Mən ailənin tək işləyən üzvüyəm. Ailəmiz 4 nəfərdən ibarətdir. Sosial yardım üçün müraciət etdik, cavab verildi ki, siz aztəminatlı ailə hesab edilmirsiniz. Bəs hansı ailələr aztəminatlı hesab edilir?

06.03.2021 11:31
24
A+
A-

Əməkhaqqım 880 manatdır. Mən ailənin tək işləyən üzvüyəm. Ailəmiz 4 nəfərdən ibarətdir. Sosial yardım üçün müraciət etdik, cavab verildi ki, siz aztəminatlı ailə hesab edilmirsiniz. Bəs hansı ailələr aztəminatlı hesab edilir?

 

Məmməd BAĞIROV, Balakən rayonu.

 

- Ünvanlı dövlət sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna görə, aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür.

Ehtiyac meyarı isə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.

Ölkə üçün ehtiyac meyarı bu il 170 manat müəyyən edilmişdir.

Burada mühüm bir amil də ailənin gəlirləridir. Həmin qanunda ailənin gəlirləri dedikdə, ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış, hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu başa düşülür.

Qanunun 7-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyas meyarının arasında yaranan fərq məbləğində hesablanır.

Əməkhaqqınız hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan çox olduğuna görə, Sizin ailəyə ünvanlı dövlət sosial yardımı verməkdən imtina edilmişdir.

 

Uşağımın üç yaşı yoxdur. Əsas iş yerimdən ödənişli məzuniyyətə çıxmışam. Aldığım pul məni qane etmədiyi üçün başqa bir iş yerində çalışmaq məcburiyyətindəyəm. Lakin bu zaman mənə əsas iş yerim məzuniyyət pulumu vermir. Bu, düzgündürmü?

 

Aysel VAHİBOVA, Şirvan şəhəri.

 

- Əmək Məcəlləsinin 127-ci maddəsinə görə, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Siz qeyd edilən məzuniyyət hüququndan istifadə etsəniz də, əslində uşağa qulluq etmirsiniz. Başqa sahədə çalışaraq oradan əməkhaqqı alırsınız. Buna görə də Sizə qanunvericikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla bağlı müavinət dayandırılmışdır. Nəzərinizə çatdırırıq ki, müavinət Sizi qane etmədiyi üçün çalışıb əməkhaqqı da almaq istəyirsinizsə, qanunvericilik bunu da tənzimləyir və buna yol verilir. Belə ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 84-cü bəndinə əsasən, əgər qadın uşaq üç yaşına çatanadək haqqı qismən ödənilən məzuniyyət vaxtı öz arzusuna görə tam olmayan iş vaxtı ilə və yaxud da evdə işləyirsə, habelə istehsalatdan ayrılmaqla təhsilini davam etdirirsə, bu zaman onların müavinət almaq hüququ saxlanılır.

Siz bu hüquqdan istifadə etmək üçün yeni çalışdığınız iş yerindən ərizə verərək əmək müqaviləsinə xitam verməlisiniz. Sonra  əvvəlki iş yerinizdə işəgötürənə ərizə ilə müraciət edərək natamam iş günündə (həftəsində) işləmək istədiyinizi bildirməlisiniz.

Əmək Məcəlləsinin 94-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən işçinin səhhəti və fizioloji vəziyyəti ilə bərabər, həm də on dörd yaşına çatmamış uşağı olan qadınlara onların arzusu ilə natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.

Belə olan halda Siz həm qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı, həm də uşağa qulluğa görə müavinət alarsınız.

 

Əvəzçilik üzrə işlədiyim təşkilatda ezamiyyətə göndərilirəmsə, əsas iş yerində əməkhaqqım saxlanılmalıdırmı?

 

Mətin SƏLİMOV, Sumqayıt şəhəri.

 

-“İşçilərin Ezamiyyət Qaydaları”na uyğun olaraq tənzimlənən məsələlərdən biri də elə əsas iş yerində əməkhaqqının saxlanılmasıdır. Həmin Qaydaların 9-cu bəndinə əsasən, əvəzçilik üzrə işləyən işçi ezam olunan zaman onun orta əməkhaqqı yalnız onu ezam edən təşkilatda saxlanılır. Əgər işçi əsas və əvəzçiliklə işlədiyi iş yeri üzrə eyni vaxtda ezam olunarsa, bu halda onun orta əməkhaqqı hər iki iş yerində tutduğu vəzifə üzrə saxlanılır, ezamiyyət xərcləri isə müvafiq razılığa əsasən, ezamiyyətə göndərən təşkilatlar arasında bölüşdürülür.

Sizin orta aylıq əməkhaqqınız da bu Qaydalara uyğun olaraq ancaq əvəzçilik üzrə işlədiyiniz təşkilatda saxlanılacaq. Çünki siz o təşkilatdan ezam olunmusunuz.

ETİKETLƏR: