Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) kimlər şikayət verə bilər?

Qanunvericilik şikayətin verilmə müddətini də müəyyən etmişdir.

13.03.2021 13:38
10
A+
A-

İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) kimlər şikayət verə bilər?

Sevda ZAMANLI, Gəncə şəhəri.

 

- Azərbaycan Respublikasının “İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Qanunda insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası müəyyən edilmişdir.

Qanunun 8-ci maddəsində deyilir ki, Ombudsman Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının qorunmasına dair şikayətlərə baxır.

İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə Ombudsmana şikayəti üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları da verə bilərlər. Bəzi hallarda şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları şəxsin razılığını almadan da verə bilərlər. Belə ki, hüquqları pozulmuş şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətsiz olduqda və sair hallarda Ombudsmana şikayət verilərkən razılıq tələb olunmur.

Qanunvericilik şikayətin verilmə müddətini də müəyyən etmişdir. Qanunun 8.4-cü maddəsinə əsasən, şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətinə verilə bilər.

Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkilə göndərilməlidir (maddə 8.5).

Dövlət orqanları müvəkkilə şikayət verə bilməzlər.

 

İşçi üçün əmək şəraitinin təmin edilməsi dedikdə nə başa düşülür?

 

Sənəm SƏLİMOVA, Bakı şəhəri.

 

- Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir. Belə ki, işəgötürən tərəfindən:

- peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi;

- əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;

- əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;

- sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması;

- əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;

- əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini;

- Əmək Məcəlləsi ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını;

- işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini;

- işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;

- insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması;

- əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi əmək şəraitinin təmin edilməsidir.

Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

 

İşçi ezamiyyə müddətində əmək qabiliyyətini itirdikdə ona xərclər və müavinət ödənilirmi?

Abbasəli ZAMANOV, Xırdalan şəhəri.

 

-“İşçilərin Ezamiyyə Qaydaları”nın 10-cu bəndinə əsasən, ezam olunmuş işçi ezamiyyə müddətində əmək qabiliyyətini müvəqqəti itirdiyi halda ona səhhətinə görə həvalə olunmuş xidmət tapşırığını yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün (altı aydan artıq olmamaq şərtilə) ezamiyyə xərclərinin birgünlük normasına uyğun xərclər ödənilir.

Amma Qaydalara görə, ezam olunmuş işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, həmçinin də səhhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanı olmaması səhiyyə xidmətləri tərəfindən müəyyən olunmuş qaydada mütləq təsdiq edilməlidir.

Ezam olunan işçiyə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ümumi əsaslarla müavinət verilir və əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər ezamiyyət müddətinə daxil edilmir.

 

Əmək qabiliyyəti olmayan şəxs dedikdə kimlər nəzərdə tutulur?

Qurban VƏLİZADƏ, Daşkəsən rayonu.

 

- Əmək qabiliyyətli olmayan şəxslərin əhatə dairəsiSosial müavinətlərihaqqında qanunda göstərilmişdir. 1.0.2. maddəsinə əsasən, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqındaAzərbaycan Respublikası Qanununun 7-ci 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxsləryaşa görə əmək pensiyası hüququ qazanan çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqları təkbaşına böyüdən ataların qəyyumların yaşa görə əmək pensiyası hüququ olduqda, - vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları əmək qabiliyyəti olmayan şəxslər hesab edilir.

ETİKETLƏR: