“Pəhləvan” İdman Klubunun güləşçiləri 4 medal qazanıblar
Böyüklər arasında keçirilən yarışda 4 çəki üzrə 60-dan çox güləşçi iştirak edib.
“Pəhləvan” İdman Klubunun yetirmələri çimərlik güləşi üzrə ilk Azərbaycan çempionatında 4 medal qazanıblar. Qeyd edək ki, Avropa Oyunları Parkında keçirilən çempionat iki gün davam edib. Yarışın birinci günündə U-17 və U-20 yaş qrupunda 100-dən artıq idmançı mübarizə aparıb. U-20 yaş qrupunda 90 kq. çəkidə mübarizə aparan İdman Klubunun güləşçiləri Fuad Yunusov (məşqçi-müəllimi Zaur Ələkbərov) birinci və Dadaş Dadaşzadə (məşqçi-müəllimi Etibar Qafarov) isə üçüncü olub.
Böyüklər arasında keçirilən yarışda 4 çəki üzrə 60-dan çox güləşçi iştirak edib. Məşqçi-müəllim Akif Əliyevin yetirməsi Camal Feyziyev (+90 kq.) birinci yerə layiq görülüb. 90 kq.çəki dərəcəsində yarışan Əlimuxtar Abbasov (məşqçi-müəllimi Ruslan Şəmilov) isə üçüncü yeri tutub.