Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həyatlarını təbiətin bir parçasına çevirmiş insanlar

Tədbirdə nazirlik işçilərinin həmkarlar ittifaqı Respublika Komitəsinin sədri Telman Quliyev çıxış etmişdir.

25.05.2022 12:06
5
A+
A-

 

Mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı qeyd olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.

Bu münasibətlə nazirlikdə keçirilən yığıncaqda ölkəmizin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması sahəsində görülən işlərdən danışılmışdır. Deyilmişdir ki, sənayeləşmənin tərəqqisi qlobal xarakter aldığı bir dövrdə ekologiyanın çirklənməsinin qarşısının alınmasında, təbii sərvətlərimizin qorunub saxlanmasında nazirliyin və onun strukturlarının üzərinə olduqca məsuliyyətli vəzifə düşür. Son bir ildə bu istiqamətdə görülən işlər, həyata keçirilən tədbirlər diqqətə çatdırılmışdır.

Tədbirdə nazirlik işçilərinin həmkarlar ittifaqı Respublika Komitəsinin sədri Telman Quliyev çıxış etmişdir. O, təbiətimizin keşiyində duran insanların əməyini xeyirxahlığın ən yaxşı nümunəsi adlandırmışdır: “Bu işçilər təbiəti qorumaqla bütövlükdə bəşəriyyəti qoruyurlar”, - demişdir. -”Biz, həmkarlar ittifaqı olaraq, həyatlarını təbiətin bir parçasına çevirmiş bu insanların əməyini qorumağı özümüzə borc bilirik. Daim çalışırıq ki, bu borcun öhdəsindən bacarıqla gələk”.

Yığıncaqda ətraf mühitin mühafizəsi sahəsində göstərdiyi xüsusi xidmətlərinə görə 93 nəfər Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmiş və hər birinə 100 manat pul mükafatı verilmişdir.

ETİKETLƏR: