Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Breyn-rinq yarışı təşkil olunub

.

22.06.2022 00:52
80
A+
A-

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 29-cu ildönümü - Milli Qurtuluş Günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində, təsdiq olunmuş tədbirlər planına əsasən, breyn-rinq yarışı təşkil olunub. İntellektual oyunda Xidmətin struktur bölmələri, regional miqrasiya idarələri, Miqrasiya məktəbi və Miqrasiya könüllülərindən ibarət 14 komanda yarışıb.

Final mərhələsində Ağsu Regional Miqrasiya İdarəsinin “Şərq” komandası ilə Miqrasiya könüllülərindən ibarət “Persona Qrata” komandası üz-üzə gəlib. Turnirin qalibi “Şərq” komandası olub. Finala yüksələn komandalara ünvanlanan fərdi sualların cavablandırılmasında fəallığı ilə seçilən Miqrasiya könüllüsü Musabəy Babayev turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.

Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İttifaqının sədri Qaratel Hacıyeva qalib və finalçılara   Fəxri Fərman və hədiyyələri təqdim edib.

 

ETİKETLƏR: