Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həmrəylik, daha yaxşı dəstək və sosial dialoq tələbi

Yunanıstan və İordaniyada həmkarlar ittifaqları inteqrasiyanı asanlaşdırmaq, əmək bazarına çıxışı dəstəkləmək və qaçqınları istismardan qorumaq üçün onlara peşə təhsili proqramları təqdim edir.

22.06.2022 01:07
9
A+
A-

Qlobal qaçqın böhranı dünyada münaqişə və müharibə, iqlim dəyişikliyinin ağır təsirləri və ifrat yoxsulluqla daha da dərinləşir.

Yer üzündə hər 95 nəfərdən biri münaqişə və ya təqiblər nəticəsində evini tərk edib. Rusiya - Ukrayna müharibəsi nəticəsində vəziyyət daha da qəliz olub.  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi məlumata görə, Afrika və Avropa qaçqınların yerləşdirilməsinə ən çox ehtiyac duyulan regionlardır.

Dünya Bankının hesabatında bildirilir ki, iqlim dəyişikliyi 2050-ci ilə qədər 216 milyon insanı öz ölkələri daxilində miqrasiya etməyə məcbur edə bilər ki, bu da məcburi köçkünləri ayrı-seçkilik və istismar riski qarşısında qoyacaq.

Həmkarlar ittifaqları hamı üçün həmrəylik və bərabərlik prinsipini rəhbər tutaraq qaçqınları dəstəkləmək məqsədilə bütün səylərini göstərir. Təşviqat, təbliğat və maarifləndirmədən tutmuş maliyyə dəstəyi və humanitar yardıma qədər bu iş məhdud imkanlara və çətin siyasi vəziyyətlərə baxmayaraq həyata keçirilir.

Yunanıstan və İordaniyada həmkarlar ittifaqları inteqrasiyanı asanlaşdırmaq, əmək bazarına çıxışı dəstəkləmək və qaçqınları istismardan qorumaq üçün onlara peşə təhsili proqramları təqdim edir.

Keniya və Türkiyədə həmkarlar ittifaqları qaçqınlara əmək hüquqları üzrə təlimlər keçirir. Qvatemala və Xorvatiyada həmkarlar ittifaqları qaçqınlara və məcburi köçkünlərə qida və təmiz su kimi humanitar yardımlar göstərib.

“Qaçqınlar və miqrantlar bərabər rəftar və hüquqlarının tam müdafiəsinə layiq olduqları iş yerlərimizə və cəmiyyətlərimizə aiddir. Kanada həmkarlar ittifaqları qaçqın və miqrantlara dəstəyini ifadə edir. Ən çox ehtiyacı olanlar üçün təhlükəsiz yer yaratmaq səylərini dəstəkləyir”, - deyə Kanada Əmək Konqresinin prezidenti Bea Bruske bildirib.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibi Şaran Barrou bildirib ki, qaçqınlar dəhşətli şəraitə və rəftara tab gətirmək məcburiyyətində qalanda hamımız əziyyət çəkirik. Biz bütün dünya hökumətlərini qaçqınlar haqqında konvensiyaya  və ona dair protokoldan irəli gələn dövlətlərin öhdəlikləri çərçivəsində humanitar köçürmə ehtiyaclarını ödəmək üçün öhdəlikləri, səyləri və investisiyaları artırmağa çağırırıq.

Bu effektiv inteqrasiyanı dəstəkləmək üçün sosial dialoqdan istifadə edərək daha yaxşı sistemlərin inkişafı ilə birləşdirilməlidir.

Avropa ölkələri də daxil olmaqla, bir çox ölkələrin əhalisi yaşlandıqca işçilərə ehtiyac duyur. Qaçqınların bacarıqları və gəlirləri onları qəbul edən ölkələrin iqtisadi artımına və hamı üçün iş yerlərinin yaradılmasına töhfə verə bilər. Ancaq bunun üçün investisiya lazımdır.

BHİK hökumətləri qaçqınların ehtiyacları üçün maliyyələşdirməni, o cümlədən onları qəbul edən ölkələrdə sosial müdafiəni artırmağa və əməkdaşlığı gücləndirmək, ümumi strategiya və qaçqın böhranlarına effektiv cavab vermək üçün qlobal səylərə töhfə verməyə çağırır.

Bu, nəticədə ortaya çıxan humanitar, köçürmə və inteqrasiya ehtiyaclarını həll etməklə yanaşı, məcburi miqrasiyanın əsas səbəblərini həll etmək deməkdir.

ETİKETLƏR: