Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həmrəylik bizim ümumi sağlığımızın və rifahımızın açarıdır

Bu il biz növbəti dəfə 1 May- Beynəlxalq İşçilər Gününü COVID-19 pandemiyasının təsirləri nəzərə alınmaqla qeyd edirik.

06.05.2021 10:34
9
A+
A-

Bu il biz növbəti dəfə 1 May- Beynəlxalq İşçilər Gününü COVID-19 pandemiyasının təsirləri nəzərə alınmaqla qeyd edirik.

Pandemiya iş yerlərini, müəssisələri və dolanışıq mənbələrini məhv elədi. Milyonlarla insan yoxsulluğa düçar oldu. Qlobal inkişafı dayandırmaqla iş dünyasını viran qoydu.

Və böhran ən zəif və həssas sahələrə daha çox təsir göstərdi. Qeyri-bərabər dünyanı daha bərabərsizləşdirdi.

Pandemiya və onun nəticələri qlobal qarşılıqlı asılılığın parlaq bir xatırlatmasıdır.

Bu, həm sağlamlığa, həm də iş həyatımıza aiddir.

Hamı təhlükəsiz olana qədər heç kim təhlükəsiz deyil. Qurduğumuz bir-birimizdən asılı olan dünyanın kövrəkliyi qarşısında heç kim başqalarının vəziyyətinə biganə qalmağı bacara bilməz.

Həmrəylik, sərhədlər daxilində və xaricində ortaq yaşamağımızın və inkişafımızın açarıdır.

Bugünkü böhranla üzləşdiyimizdə və gələcəyə baxdığımızda bir şey aydındır, ədalət və bərabərliyə əsaslanan, mərkəzində insan dayanan davamlı və əhatəli bir bərpa lazımdır.

Yaxşılığa doğru dönüş etmək üçün şüurlu və ardıcıl siyasət seçimi etmək lazımdır:

-iş yerləri yaratmaq və hamı üçün  layiqli iş şəraiti yaratmaq;

-sosial müdafiəni genişləndirmək;

-işçilərin hüquqlarını qorumaq;

-sosial dialoqdan istifadə etmək.

Mayın 1-də biz çətin qazanılan uğurları gətirən tarixi mübarizəni xatırlayırıq.

Bu gün əmək sahəsində məşğul olan insanlar yenidən COVID-19-u məğlub etmək üçün inanılmaz fədakarlıqlar edirlər.

Həyatını itirənlərə kədərlənirik, mübarizə aparanları alqışlayırıq. Amma heç vaxt sosial ədalət dəyərlərimizi, işdəki əsas hüquqlarımızı və ya daha yaxşı bir gələcək qurma əzmimizi qurban verməməliyik.  Bu günün qeyd olunmasının əsas mənası və məqsədi də budur. 

Pandemiya həyatımızın bütün sahəsinə nüfuz elədi  və qarşımıza çətin vəzifə qoydu. Buna baxmayaraq, istifadə edə biləcəyimiz və etməli olduğumuz yeni imkanlar gətirdi.

Böhran bizə yenidən düşünməyə, yeni seçim etməyə və insanlar qarşısında planet və tərəqqi naminə yeni öhdəliklər götürməyə imkan verir.

Bu Beynəlxalq Əmək Günündə Beynəlxalq Əmək Təşkilatı işçiləri, işəgötürənləri, hökumətləri və beynəlxalq təşkilatları, daha yaxşı bir gələcək naminə hər kəs üçün ədalət və ləyaqətə əsaslanan iş dünyası yaratmaq məqsədilə səylərini birləşdirməyə çağırır.

           

Qay RAYDER,

BƏT-in Baş direktoru

ETİKETLƏR: