Şahmat üzrə rayon birinciliyi
.
İyunun 21-22-də Siyəzən Rayon Gənclər Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş 10-14 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin və Siyəzən Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 40 şahmatçı mübarizə aparıb.
Yarış Silahlı Qüvvələr Gününün qeyd olunması, yeniyetmə şahmatçıların yarış təcrübəsinin artırılması, istedadlı şahmatçıların üzə çıxarılması və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb. Rayon birinciliyinin yekun nəticəsinə əsasən, qızlar arasında Fidan Zərbəliyeva I, Məryəm Qubanlı II, Qızılgül Həsənova III yerləri tutublar.
Oğlanların yarışında isə Yavər Adayev birinci olub. Amid Allahverdiyev ikinci, Muhamməd Paşazadə isə üçüncü sırada yer alıb.
Yarışın qaliblərinə Fəxri Fərman, medal və hədiyyələr təqdim edilib.