Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ermənilər təzminatı ödəməyə məhkumdurlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə gün əvvəl Hacıqabula səfəri zamanı deyib ki, işğaldan azad edilmiş ərazilərimizdə vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir. Buraya xarici mütəxəssislər də cəlb olunub.

06.05.2021 10:42
39
A+
A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə gün əvvəl Hacıqabula səfəri zamanı deyib ki, işğaldan azad edilmiş ərazilərimizdə vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir. Buraya xarici mütəxəssislər də cəlb olunub.

Dəymiş ziyan hansı üsulla hesablanır? Beynəlxalq təşkilatlar qarşısında Ermənistanın vurduğu ziyanı ödəməsi üçün qətnamə qəbul olunacaqmı? Əgər Ermənistan dəymiş ziyanı ödəmək gücündə olmasa, beynəlxalq səviyyədə hansı qərarlar qəbul edilə bilər?

Suallarımızı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədova ünvanladıq.

 Zaur müəllim dedi ki,  30 ilə yaxındır  Azərbaycan dəfələrlə bildirib ki, mütləq şəkildə torpaqlarımız işğaldan azad edildikdən sonra, ermənilər əməllərinə görə cavab verməli, törətdikləri dağıntıların əvəzini ödəməlidirlər. Dağıntılar miqyas baxımından gözləniləndən də böyükdür. Ermənilər tarixi-mədəni abidələrimizə qarşı, sözün həqiqi mənasında, soyqırımı həyata keçiriblər. 60 məscidimizi bilərəkdən dağıdıb və digər məscidlərimizdə isə inək, donuz saxlayıblar. Həmin rayonların, kəndlərin əhalisinin minbir əziyyətlə tikdikləri evləri dağıdıb, viran qoyublar. Ağdam, Füzuli kimi şəhərlərdə salamat bir yaşayış binası belə yoxdur. Hesablama zamanı keçmiş sakinlərin mülkü, əmlakı və ictimai obyektlərin, müəssisələrin dəyəri hesablanacaq, qiymətləndiriləcək. Bundan əlavə, məlum olduğu kimi, orada olan qızıl, mis yataqlarımız və digər əsrarəngiz təbii sərvətlərimizdən ermənilər qanunsuz şəkildə istifadə etmiş, onları talamışlar.

Politoloq  onu da qeyd etdi ki, xarici ekspertlərin hesablamalarına görə, Ermənistanın Azərbaycana vurduğu zərər 800 milyardı ötmüşdür. Hazırda vəziyyət ondan ibarətdir ki, xarici və yerli aidiyyəti qurumlar, mütəxəssislər tərəfindən dəqiq hesablama prosesləri davam edir. Ermənistan mediasının dəfələrlə postmüharibə  dövründə milyardlarla dolların Azərbaycana ödənilməsi ilə bağlı etiraflar etdiyinin də şahidi olmuşuq. Ermənistan çox acınacaqlı vəziyyətdədir və daxilində baş verən iğtişaşlar gün keçdikcə daha da böyüyür. Əgər Ermənistan bu məbləği vermək gücündə olmasa, hansı yolla, necə ödəyəcəklərini düşünməlidirlər.

Z.Məmmədov əlavə etdi ki, 200 ildir Ermənistan və ermənilik milli ideologiyasına xidmət edənlər, onların havadarları, himayədarları başa düşməlidir ki, artıq yalan, cəfəngiyyat xəbərlərin onlara heç bir faydası olmayacaq. Havadarları bacarırsa, təzminat məsələsində Ermənistana kömək etsinlər. Çünki artıq dövran başqadır. Azərbaycan bu haqlı davasında, hüquq normaları çərçivəsində, sona kimi mübarizə aparacaq. Ermənistanın təzminatı ödəməkdən başqa çıxış yolu yoxdur.