Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yarışın qalibləri mükafatlandırılıblar

Yarışda ilk 3 yeri tutan komandalara və nominasiyalar üzrə fərqlənən idmançılara Fəxri Fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə isə kubok və pul mükafatı təqdim edilib.

06.07.2022 12:08
2
A+
A-

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 99 illiyinə həsr olunmuş minifutbol çempionatı başa çatıb.

Mayın 14-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyi Aparatının strukturuna daxil olan və tabeliyindəki qurumların 34 komandası iştirak edirdi. İyunun 25-də keçirilən final görüşündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Azərlotereya” ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərlotereya” ASC-nin komandası qalib gəlib. Üçüncü yerin sahibi isə Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı komandasıdır. Yarışda ilk 3 yeri tutan komandalara və nominasiyalar üzrə fərqlənən idmançılara Fəxri Fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə isə kubok və pul mükafatı təqdim edilib.

 

ETİKETLƏR: