Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Daha bir uğurlu nəticə

.

20.07.2022 13:49
13
A+
A-

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatı keçirilib. Qitə birinciliyində sərbəst güləş üzrə yarışda qızıl medal qazanan idmançılardan biri də “Pəhləvan” İdman Klubunun yetirməsi Səid Paşayevdir. 85 kq. çəki dərəcəsində mübarizə aparan Səid estoniyalı İlya Sobolev (11:0), gürcü Gigia Lukunidze (10:0), türkiyəli Hasan Dur (tuşe) və litvalı Rokas Miliauskasa (tuşe) qalib gələrək birinci yeri tutub.

Klubun digər yetirməsi Hüseyn Hüseynov ( 52 kq.) ispaniyalı Razmik Mayilyan (10:0), israilli Denis Luksemburq (11:0) və erməni Davit Davtyanı (10:0) mübarizədən kənarlaşdırıb. O yarımfinalda fransalı Abdullah Nakayevə uduzsa da, bürünc medal görüşündə gürcü Dima Qoqitidzedən güclü olub.

Güləşçilər yarışa məşqçi-müəllim Ruslan Şəmilovun rəhbərliyi altında hazırlaşıb.

Sərbəst güləş üzrə millimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmaqla komanda hesabında 136 xalla 2-ci yeri tutub.

“Pəhləvan” İdman Klubunun digər üzvü, məşqçi-müəllim Azər Hüseynovun yetirməsi yunan-Roma güləşi üzrə yarışda iştirak edən Əli Nəzərov (41 kq.) üçüncü yeri tutub.

Qeyd edək ki, 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi 205 xalla komanda hesabında Avropa çempionu olub.

ETİKETLƏR: