Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


"Ülfət"in əməkdaşları ilə görüş

"Ülfət"in əməkdaşları ilə görüş

05.05.2021 14:10
29
A+
A-

“Uzun illər ötəcək, gələcək nəsil Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin müəyyən dövrünü “Ülfət” qəzetinin səhifələrindən oxuyub öyrənəcəklər”. Bu sözləri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və AHİK-in Gender Bərabərliyi  və Qadın Problemləri üzrə Mərkəzinin sədri Cəmilə Səttarova “Ülfət” qəzetinin əməkdaşları ilə görüşdə demişdir.

Qəzetin işıq üzü görməsinin 30-cu ildönümünə həsr olunmuş bu görüşdə Cəmilə xanım həmkarlar ittifaqının yaxın keçmişinə qısa ekskurs etmişdir. Demişdir ki, “Ülfət” qəzeti ittifaqın çox çətin, ölüm-dirim mübarizəsi apardığı bir vaxtda təsis olundu. Fəaliyyətə başladığı ilk saylarından vətəndaş cəmiyyəti uğrunda mübarizədə həmkarlar ittifaqına yeni nəfəs, demokratik idarəçilik gətirməyi qarşısına məqsəd qoymuş az sayda olan qüvvələrin cərgəsində yer tutdu. Bu qüvvələrə isə AHİK-in sədri, hörmətli Səttar Möhbalıyev başçılıq edirdi. Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə xalq kütləsinin tələbi ilə hakimiyyətə gələndən sonra həmkarlar ittifaqı mövqelərini möhkəmləndirdi, vətəndaş cəmiyyətinin demokratik, avanqard tərkib hissəsinə çevrildi. Təsisçisinin inkişaf yoluna uyğun olaraq “Ülfət” qəzeti də həm məzmun, həm peşəkarlıq, həm də forma baxımından təkmilləşir, informasiya məkanında özünəməxsus mövqe tutmağa nail olurdu.

Qəzetiniz, daha doğrusu, qəzetimiz ənənəsinə sadiq qalaraq 30 il ərzində işləyən insanların sosial, əmək hüquqlarının müdafiəsində durmuş, hüquqi maarifləndirməyə səhifələr ayırmış, dünya həmkarlar ittifaqlarının təcrübəsini paylaşmışdır.

Cəmilə xanım həmkarlar ittifaqının müasir dövrdə qarşısında duran hədəflərdən, çağırışlardan, onların yazılı, elektron mətbuat vasitələrində inikası məsələlərindən danışdı.

Çıxışının sonunda qəzetin kollektivini bir daha təbrik etdi, onlara yeni uğurlar arzuladı.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: