Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Seminarda mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə danışıldı

.

31.08.2022 10:42
48
A+
A-

Avqustun 23-də Gəncə şəhərində Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı həmkarlar ittifaqlarının mövqeyi” mövzusunda seminar keçirilmişdir.

“BƏT-in Dayanıqlı İnkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi, DİM/2030 Gündəliyi, Könüllü Milli Hesabat və BMT ilə əməkdaşlıq üzrə çərçivə sazişi prosesinə dair fəaliyyət təcrübəsinin təhlili, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat”, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin “Hədəfimiz hüquqlarınızın müdafiəsidir” on üç cildli kitablarının təqdimatı olmuşdur.

Bundan başqa, tədbirdə Azərbaycan həmkarlar ittifaqlarının 2021-ci il üzrə gender statistikası haqqında, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, gender əsaslı zorakılığın qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, gənclərlə iş, uşaq əməyinə, narkomaniya və insan alverinə qarşı mübarizə haqqında məlumat verilmişdir.

Tədbirdə sahə həmkarlar ittifaqının sədri Hüseyn Kərimov, sədr müavini - Təşkilat şöbəsinin müdiri İlqar Hüseynov, Gəncə Qərb Zonası Yol Təsərrüfatı İşçiləri Birləşmiş Həmkarlar İttifaqı Şurasının (BHİŞ) sədri Gülnarə Əliyeva, 26 №-li Yol İstismar MMC-nin HİK sədri Arif Həsənov, 27 №-li Yol İstismar MMC-nin HİK sədri Çingiz Binnətov, 5 №-li Magistral Yolların İstismarı MMC-nin HİK sədri Bəxtiyar Məmmədov, Gəncə Qərb Zonası Avtomobil Nəqliyyatı İşçiləri Birləşmiş Həmkarlar İttifaqı Şurasının sədri Rafat Cuvarlinski, “Gəncə Avtomobil Zavodu” İB-nin HİK sədri Rövşən Quliyev, “Simruq-Kompani” ASC-nin HİK sədri İlham Əlizadə çıxış etdilər.

 

ETİKETLƏR: