AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib
AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib
Respublikada sosial layihələrin icrası dövlətin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Respublikada sosial layihələrin icrası dövlətin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub.
Bütün bayramlarda və əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə hədiyyələr, sovqatlar, yardımlar paylanılır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da prezident cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, bu növ sosial təşəbbüslərə qoşularaq bütün tədbirlərdə yaxından iştirak edir. Belə ki, cari ilin mart ayında AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə respublikanın regionlarında yaşayan 3900 aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb. Eyni zamanda İcraiyyə Komitəsinin 2021-ci ilin aprelin 30-da keçirilən iclasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə və ölkə Prezidenti İlham Əliyevin aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə müvafiq olaraq bu kateqoriyaya aid olan ailələrə sovqat paylanması qərara alınıb.
Qəbul edilmiş qərara əsasən, bu gün - mayın 8-də 76 şəhər və rayonu əhatə edən 4000 ailəyə maşın karvanı ilə ərzaq bağlamaları yola salınıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında yaşayan 1000 aztəminatlı ailəyə ərzaq yardımı paylanacaqdır.
Həmçinin 152 şəhid ailəsi Azərbaycan həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb və 18 yaşına kimi hər ay onlara maddi yardım göstəriləcək. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi məqsədilə əməkdaşlığa dair Memoranduma müvafiq olaraq 200.000 manat vəsait ayrılıb. Bununla da qeyd olunan dövr ərzində 200 minə yaxın vətəndaşlarımıza bu və digər formada maddi yardımlar göstərilmişdir. Bu qəbildən olan sosial tədbirlər bundan sonra da davam etdiriləcəkdir.