Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dövlət Miqrasiya Xidmətində çalışan əməkdaşlar arasında şahmat yarışı keçirilib

.

22.09.2022 13:08
18
A+
A-

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 15-ci ildönümü münasibətilə təsdiqlənmiş illik tədbirlər planına əsasən, əməkdaşlar arasında şahmat yarışı təşkil olunub.

DMX Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilən yarışda  Xidmətin müxtəlif struktur bölmələrindən 15 əməkdaş iştirak edib.

Dairəvi sistem üzrə keçirilən yarışda Nicat Əkbərov I, Ayaz Babayev II, Sərvan Məmmədov III yerə layiq görülüblər.

Qalib və mükafatçılar Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev, Kadrlar və kadr hazırlığı idarəsinin rəis müavini, baş miqrasiya xidməti müşaviri Rəşad Əzimov və Respublika Şahmat Mərkəzinin əməkdaşı, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə tərəfindən təltif ediliblər.

ETİKETLƏR: