Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İqtisadi artımın sürətlənməsi və işsizliyin azaldılması

İqtisadi artımın sürətlənməsi və işsizliyin azaldılması

20.05.2021 06:31
6
A+
A-

Avropa Komissiyasının yaz iqtisadi proqnozunu şərh edən Avropa Həmkarlar İttifaqları Konfederasiyasının katibi Liyna Karr bildirib ki,  bu təhlil Avropa tərəfindən pandemiyanın iqtisadi və sosial nəticələrinə verilən reaksiyanın təsdiqidir: “Görünməmiş səviyyədə dövlət sərmayələri, son böhrandan sonra qəbul edilmiş onillik sərt qənaət tədbirlərinin əksinə olaraq, Avropa iqtisadiyyatındakı böyüməni bərpa edir və kütləvi işsizliyin qarşısını alır. Lakin işsizlik nisbətinin gələn ilə qədər bərpa olunmayacağını nəzərə alsaq, aydın görünür ki, ən çox zərər çəkmiş sektorlarda məşğulluq dəstəyi tədbirləri saxlanılmalıdır. Bərpa etməyə kömək edən dövlət investisiyalarının kəsilməməsini təmin etmək üçün sabitlik və artım paktından çəkilmə maddəsinin qüvvədə qalması da vacibdir.

İnvestisiyalara əsaslanan bu bərpanın uğuru Avropanın borc üzərində nəzarətə əsaslanan iqtisadi siyasətinin daim yenidən nəzərdən keçirilməsinin zəruriliyini göstərir. Dövlət investisiyaları yaşıl və rəqəmsal iqtisadiyyata sosial ədalətli keçid üçün lazım olan keyfiyyətli iş yerlərinin sayını yaratmağa davam etməlidir. Nəzərə alsaq ki, gələn il dövlət borcunun ÜDM-ə münasibətinin azalması gözlənilir, bu, tamamilə mümkündür.

Müsbət əhval-ruhiyyəyə baxmayaraq, bu proqnozla bağlı qeyri-müəyyənlik yüksək olaraq qalır, buna görə də AMB tərəfindən maliyyə dəstəyinin və adaptiv pul-kredit siyasətinin qəfil dayandırılması iqtisadiyyatın bərpası üçün fəlakətli nəticələrə səbəb olacaq. Avropa iqtisadi artımın sürətlənməsini və işsizliyin azaldılmasını təmin edən yolda qalmalıdır”.

ETİKETLƏR: