Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bağışlama müqaviləsi

Hüquqlarımızı bilək

20.05.2021 06:56
1661
A+
A-

 

Mülkiyyət hüququnun yaranması əsaslarından biri də əmlakın bağışlama müqaviləsi vasitəsilə əldə edilməsidir. Bağışlama müqaviləsi qədim müqavilələrdəndir. Eramızdan əvvəl Roma hüququnda da öz yerini tapmışdı. Real həyatımızda da bağışlama müqaviləsi alqı-satqı müqaviləsindən sonra məişətdə ən çox rast gəlinən müqavilə növlərindən biridir. Məhz bu səbəbdən Mülki Məcəllənin ayrıca bir fəsli (32-ci fəsil) bu müqavilə növünə həsr edilmişdir.

Bəs nədir bağışlama müqaviləsi?

Məcəllənin 666-cı maddəsinə görə, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi  sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Sovet dövründə bağışlamanın predmeti yalnız əşyalar hesab edilirdi. Hazırda qüvvədə olan Mülki Məcəlləyə görə, bağışlamanın predmeti xeyli genişləndirilib, əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi bu müqavilənin predmeti ola bilər.

Qanunverici bu müqaviləni bağlaya bilən şəxslərin dairəsini də müəyyən edib: dövlət orqanları, hüquqi və fiziki şəxslər bağışlama müqaviləsi bağlaya bilərlər.

Hüquqi şəxsin adından bağlanan müqavilə onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olmamalıdır.

Müqavilənin təsdiq edilməsi üçün fəaliyyət qabiliyyətli fiziki şəxs və ya onun lazımi səlahiyyətə malik nümayəndəsi müraciət edə bilər.

Qanunvericiliyə görə, fəaliyyət qabiliyyəti olmayan şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərtilə, habelə qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər.

Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir.

Şəxsin fəaliyyət qabiliyyətli olması hələ ona məxsus olan əmlakı təkbaşına bağışlamaq hüququnun olması demək deyil. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Çünki şəxs birgə nikah dövründə qazanılmış və vərəsəlik hüququ ilə məhdudlaşmış əmlakla bağlı təkbaşına bağışlama müqaviləsi bağlaya bilməz. Daşınmaz əmlak birgə nikah dövründə əldə edilmişdirsə, onun bağışlanmasına ərin (arvadın), qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Qanunvericiliyin tələblərinə görə, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların və dövlət reyestrində qeydiyyata alınmalı olan daşınar əmlaka (nəqliyyat vasitəsi və s.) aid bağışlama müqaviləsi notarial qaydada təsdiq edilən halda etibarlı hesab edilir. Şəxs müqavilə ilə hər hansı bir əmlakını gələcəkdə bağışlaması vədini də verə bilər, amma bu cür vədlər də notariat qaydada təsdiqlənməlidir.

Daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə etibarlı sayılır.

Müqavilənin təsdiq edilməsi üçün notariusa aşağıdakı sənədlər təqdim edilməlidir:

- tərəflərin şəxsiyyətini təsdiq edən sənədlər;

- yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə mənzil-istismar sahələrinin arayışı və yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı;

- daşınmaz əmlak birgə nikah dövründə əldə edilmişdirsə, onun bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;

- müqavilə nümayəndə vasitəsilə bağlandıqda, onun şəxsiyyətini təsdiq edən sənəd və səlahiyyətlərinə dair notariat qaydasında təsdiq edilmiş etibarnamə;

- tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

- əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;

- əmlak üzərində yüklülüyün və ya həbsin olub -olmaması barədə arayış;

- dövlət rüsumunun və xidmət  haqqının ödənilməsi barədə sənədlər;

- mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi.

Bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verən, hədiyyə alan və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında nümayəndələri iştirak edə bilərlər.

“Notariat haqqında” qanunun 40-cı maddəsinə əsasən, aşağıdakı hallarda müqavilənin təsdiq edilməsindən imtina edilməlidir:

- müqavilənin təsdiq edilməsi qanuna zidd olduqda;

- müqavilənin təsdiq edilməsini başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda;

- müqavilənin təsdiq edilməsi barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə;

- hüquqi şəxsin adından bağlanan müqavilə onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda;

- qanunun tələblərinə uyğun olmayan müqavilə bağlandıqda;

- müqavilənin təsdiq edilməsi üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda;

- müqavilənin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.

Notarius müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini, səlahiyyətini, fəaliyyət qabiliyyətini yoxlamalı, qanunvericiliklə tələb olunan sənədlər barədə məlumat verməli, aparılan notariat hərəkətləri ilə bağlı müraciət edən şəxslərin hüquq və vəzifələrini izah etməli, təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamalıdır.

Yalnız tələb olunan bütün sənədlər, o cümlədən notariat hərəkətinə görə tutulan rüsumun və göstərilən xidmətə görə alınan haqqın ödənilməsi barədə sənəd təqdim edildikdən sonra müqavilə iştirakçılar tərəfindən imzalanmalı, notarius tərəfindən təsdiq edilməli, bu barədə notariat reyestrində qeyd aparılaraq sənədin nüsxələri tərəflərə təqdim olunmalıdır. Bundan sonra iştirakçılar sənədin alınması barədə notariat reyestrində imza etməlidirlər.

Daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqavilələrinin qeydiyyat orqanına göndərilməsi notariuslar tərəfindən “Elektron notariat” informasiya sistemi vasitəsilə həyata keçirilir.

Bağışlamaq niyyəti ilə əşyanı başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər ( Mülki Məcəllə, maddə 667).

Məcəllədə müqavilə bağlandıqdan sonra hədiyyə verənin bağışlamadan imtinası da nəzərdə tutulmuşdur. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina da edə bilər.

Hədiyyə verən bağışlamaq barəsində verilmiş vədi yuxarıda qeyd edilən əsaslardan başqa vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda bağışlamaq barəsində verdiyi vədi də ləğv edə və onun icrasından imtina edə bilər.

Hədiyyə verən yuxarıda qeyd edilən əsaslardan birinin ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana verdiyi halda, bağışlamaqdan, yaxud bağışlama haqda vəddən imtina edə bilər. Qeyd etmək lazımdır ki, hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda, imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

Bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda, eləcə də hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir.

Əgər şəxs psixoloji təzyiq altında hər hansı bir əmlakı bağışlayırsa, bu zaman həmin bağışlama etibarsızdır. Maraqlı tərəflərin iddiası əsasında məhkəmə qaydasında mübahisələndirilə bilər. Eyni zamanda hər hansı bir şərt qarşılığında bağışlanıbsa, bu zaman hədiyyəni qəbul edən şərtə əməl etməzsə hədiyyə geri qaytarıla bilər.

“Dövlət rüsumu haqqında” qanunun 10.1-ci və 11.3-cü maddələrinə əsasən, müqavilə üzrə daşınmaz əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə dövlət rüsumu 20 manat, müqavilə

ETİKETLƏR: