Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Universal hüquqlar üçün ilk addım 

Universal hüquqlar üçün ilk addım 

27.05.2021 07:26
8
A+
A-

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və UNİ Qlobal Birliyi tərəfindən həyata keçirilən yeni bir qlobal araşdırma, dünyada işçilərin 98 faizinin COVID-19 ilə mübarizə aparmaq üçün xəstəliyə görə müavinət , maaş təzminatı və sosial müavinət almadığını ortaya çıxardı.
Araşdırmada iştirak edən hökumətlərin yarıdan çoxu rəsmi tənzimləmə prosesinin bir hissəsi olaraq COVID-19-u peşə xəstəliyi kimi tanıyıblar.
“COVID-19: peşə xəstəliyi” adlı hesabatda qabaqcıl işçilərin ən yaxşı qorunduğu, işçilərin kompensasiya səviyyəsi , sosial təminat proqramları və ictimai səhiyyə sistemlərinin təhlil edildiyi və sıraladığı yerə 124 ölkə, həmçinin ABŞ-ın 37 ştatı, Kanadanın 13 əyaləti  və Avstraliyanın yeddi ştatı daxildir.
Hesabatda ilk beşlikdə olan ölkələr Argentina, Avstriya, İsveç, Fransa və İspaniyadır.
Ümumilikdə araşdırmada ən yüksək reytinqə malik on yurisdiksiya planetin işləyən əhalisinin yalnız 2 faizini təmsil edir.
Yarıdan çoxu (98 yurisdiksiya) COVID-19-u rəsmi tənzimləmə prosesinin bir hissəsi olaraq peşə xəstəliyi kimi tanıyır və işdə koronavirusa yoluxmuş insanlara sosial müdafiə və güzəştlərə çıxış, səhiyyə xidmətləri və əməkhaqqı kompensasiyaları kimi imkanlar verir. 
Bu etiraf COVID və xəstəliyin davam edən digər fəsadlarından uzun müddət əziyyət çəkən işçilər üçün xüsusilə vacibdir.
BHİK və UNİ Qlobal Birliyi qabaqcıl işçilərə ən yaxşı dəstəyi təmin etmək üçün beş əsas tövsiyə təklif edir:
-COVID-19 xəstəliyi ilə əlaqədar müavinətlərin alınması üçün birbaşa hüquq;
-əmək münasibətlərindən asılı olmayaraq bütün işçilər üçün sığorta;
-etibarlı məlumatların toplanması;
-ümumi peşə yoluxucu xəstəliklər kateqoriyasının qanun və qaydalara daxil edilməsi;
 -müayinə və bərpa üçün ödənişli xəstəlik məzuniyyəti.
BHİK-in Baş katibi Şaran Barrou deyib ki, biz qabaqcıl işçilərin sosial müdafiəsiz qalmasına yol verə bilmərik. Davamlı bərpa işçilərin layiqli müavinət və kompensasiya almaq üçün ən yaxşı şans verən yeni sosial müqavilə tələb edir. Universal hüquqlar üçün ilk addım kimi qlobal sosial müdafiə fondudur. Bunun üçün biz Beynəlxalq Əmək Təşkilatını təcili olaraq COVID-19-u peşə xəstəliyi kimi qəbul etməyə çağırırıq.
Bir il bundan əvvəl, işçilərin beynəlxalq anım günündə qlobal həmkarlar ittifaqları, o cümlədən UNİ Qlobal Birliyi və BHİK COVID-19-u peşə xəstəliyi kimi tanımağa çağırıb. Bu hesabat onu göstərir ki, tərəqqi var, amma hələ görüləsi işlər çoxdur.
Digər əsas nəticələrə gəldikdə onu demək olar ki, yalnız 10 yurisdiksiya (5,5%) əməkhaqqının dəyişdirilməsi, tibbi müalicə, xəstəlik və ölüm müavinətləri üçün çox yaxşı şərtlərə görə yüksək qiymət aldı. Xəstəlik üçün ödəniş 104 yurisdiksiyada mövcud idi və bu, işçilərin təxminən 43 faizinin ödənişli xəstəlik məzuniyyətinə çıxışı olmadığı anlamına gəlir.
Sorğuda iştirak edən yurisdiksiyaların yalnız 6 faizi bütün işçilər üçün tibbi müalicəyə və əməkhaqqının dəyişdirilməsinə avtomatik təminat verən qaydalar, qərarlar, qanunlar və ya siyasətləri nəzərdə tuturdu. Lakin tibb işçiləri nəzərə alındıqda, bu, 17 faizə yüksəldi. Güclü işçi dəstəyinin millətin sərvətindən asılı olmadığını göstərən Argentina ən yüksək bal aldı.
Almaniyada və Şimali Avropa ölkələrində infeksion xəstəliklər üzrə qüvvədə olan qanunvericiliyə görə, COVID-19-a yoluxmuş işçilər xəstəliyə görə məzuniyyətə, əməkhaqqının dəyişdirilməsinə və tibbi xidmətə avtomatik girişə malikdirlər. İşçilərə dəstək vermək üçün qanunvericiliyə heç bir rəsmi dəyişiklik tələb olunmadı. Bu, ölkənin gələcək pandemiyalara necə hazırlaşa biləcəyinə dair ən yaxşı nümunələrdən biridir.