Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Mövzular seçilərkən...

 həmkarlar ittifaqlarının qarşısında duran aktual vəzifələr və gənclərin maraqları da nəzərə alınmışdı

23.11.2022 12:42
40
A+
A-

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) təşkil etdiyi növbəti kurslara gənc həmkarlar ittifaqları liderləri cəlb olunmuşdu. Kursların mövzuları seçilərkən həmkarlar ittifaqlarının qarşısında duran aktual vəzifələr və gənclərin maraqları da nəzərə alınmışdı. “Böyük universitet” adı ilə keçirilən kurslarda dinləyicilərə həmkarlar ittifaqı layihələrinin işlənib hazırlanması metodologiyası tədris olundu.

“Həmkarlar ittifaqının nüfuzlu lideri-ilk həmkarlar ittifaqı təşkilatının nüfuzu” adlanan kursda əsas diqqət həmkarlar ittifaqı liderinin nüfuzunu təmin edən xüsusiyyətlərə yönəldildi. Bu xüsusiyyətlər hansılardır? Bildirildi ki, ilk yerdə ritorika, yəni ittifaq üzvləri, ittifaq üzvlüyünə cəlb edilməsi gözlənilən insanlarla dialoq qurmaq bacarığına sahib olmaq durur. Lider etik qaydalara əməl etmək baxımından da nümunə olmalıdır. Ədalət prinsiplərini gözləməlidir.

Məlumdur ki, “Gənclərin əmək münasibətinin hüquqi nizama salınması xüsusiyyətləri. Gənclərin problemləri spektrində kollektiv müqavilənin rolu” məsələsi həmkarlar ittifaqının fəaliyyətinin, necə deyərlər, lokomotivi və ya həlledici halqasıdır. Ona görə də bu məsələ müxtəlif aspektlərdən araşdırıldı. “Həmkarlar ittifaqları fəaliyyətinin normativ-hüquqi bazası”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi gənclərin hüquqları haqqında”, “Əmək münasibətlərinin leqallaşdırılması sahəsində həmkarlar ittifaqlarının rolu”, “Münaqişə anlayışı. Danışıqlar prosesində sosial və əmək münasibətləri sahəsində münaqişəli vəziyyətlərin həlli”, “Gənclərin həmkarlar ittifaqı hərəkatında sosial hüquqlarının müdafiəsi”, “Azərbaycanda mediasiya üçün qanunvericilik əsasları. Mediasiya haqqında ümumi müddəalar”, “Sosial əmək münasibətlərinin sosial tərəfdaşlıq prinsipləri üzərində tənzimlənməsi. Saziş və kollektiv müqavilələr əmək sahəsində sosial siyasətin həyata keçirilməsində ən vacib mexanizmdir” mövzularında biliklər verildi.

Kurslarda “Azərbaycanda gənclərin əmək bazarının xüsusiyyətləri” və “Qarabağın iqtisadiyyatı: potensialın qiymətləndirilməsi, inkişaf yolları” mövzuları üçün də kifayət qədər çox saatlar ayrılmışdı.

Azərbaycanda həmkarlar ittifaqı hərəkatının gündəmdə mühüm yer tutan məsələlərə, qurumun tarixi və strukturu, təşkilati işin əsasları, həmkarlar ittifaqında gənclərin rolu barədə aşağıdakı mövzular dinləyicilər tərəfindən maraqla qarşılandı: “Orqanayzinq - rəhbərin iş vaxtının planlaşdırılmasıdır”, “Həmkarlar ittifaqı hərəkatında liderlik vasitəsilə gənclərin özünü reallaşdırma imkanıları”, “Həmkarlar ittifaqı liderinin imicinin vizual komponentləri. Lider oldunuz - dəyişdiniz”, “Həmkarlar ittifaqı təşkilatında gənclərin motivasiya yönümlü-uyğunlaşmanın, informasiya-idrakın struktur və funksional komponentlərinin qarşılıqlı əlaqəsinə əsasən özünü reallaşdırma modeli hazırlamaq”, “Gənclərin problemləri spektrində kollektiv müqavilənin rolu”, “Azərbaycan həmkarlar ittifaqları: tarixi, formalaşma mərhələləri və müasir dövr”, “Həmkarlar ittifaqı hərəkatında liderlik vasitəsilə gənclərin özünü reallaşdırması imkanıları”.

Təcrübə göstərir ki, gənclər cəmiyyətdə, xüsusilə həmkarlar ittifaqı hərəkatında, özünü reallaşdırmaq üçün psixoloji cəhətdən hazırlıqlı olmalıdırlar. Ona görə də proqrama “İdarəetmə psixologiyası və işgüzar ünsiyyət”, “Şəxslərarası ünsiyyət prosesində bilik”, “Müasir dünyada gənclik problemləri. Gənclərin özünü reallaşdırmasına nə mane olur?”, “Şəxsi potensial, özünü reallaşdırmanın yolları və meyarları” mövzuları daxil edilmişdi.

Bu mövzularda keçirilən məşğələlər “Özlərini reallığa qaytarmaq istəyənlər” adlı oyunla yekunlaşdırıldı.

Gənclərin tədris proqramında informasiya texnologiyaları ilə bağlı mövzular da kənarda qalmadı (“Gənclər və sosial şəbəkələr: sosial xüsusiyyətlər meylləri və çağırışlar (çellendj)” və “İnternet və intellektual əməkdir”).

Dərslər interaktiv formada, bütün çıxışların təqdimatı ilə keçirildi. Həmişəki kimi, kurslarda mühazirələr oxumaq üçün nazirliklərin, dövlət strukturlarının və qurumlarının, AHİK-in, sahə Hİ-lərin əməkdaşları dəvət olundu.

Kursların sonunda AƏSMA-nın rektoru Hüseyn Qaraşov və tədris və elmi işlər üzrə prorektoru Fərhad Möhbalıyev kurs iştirakçıları ilə görüşdülər, onlara bu təhsil ocağı barədə geniş məlumat verdilər. Gənclərə həmçinin sertifikatlar, metodiki vasitələr olan disklər təqdim edildi.

ETİKETLƏR:

Foto