Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


XXII Respublika Spartakiadasının qalibi metropolitençilər olub

.

30.11.2022 14:24
13
A+
A-

“Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti (BTİC) İctimai Birliyinin (İB) təşkilatçılığı ilə keçirilən XXII Respublika Spartakiadası başa çatıb.

Qeyd edək ki, Müstəqilliyin Bərpası Gününə həsr olunmuş  XXII Respublika Spartakiadası “Zenit” BTİC İB-nin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlarda çalışan işçilər arasında keçirilib.

Cəmiyyətin Təşkilati işlər və idman şöbəsinin müdiri Mirmehdi Nəbiyev bildirib ki, Spartakiadanın keçirilməsində məqsəd zəhmətkeşlərin sağlamlığını möhkəmləndirmək, onları bədən tərbiyəsi və idman məşqlərinə cəlb etməkdir.

Spartakiada çərçivəsində yarışlar 10 idman növü (futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, dama, nərd, şahmat və güllə atıcılığı) üzrə Bakı şəhərində oktyabrın 11-dən noyabrın 23-dək davam edib.

Yarışların yekun nəticəsinə görə, komanda hesabında birinci yeri Metropoliten İşçiləri Həmkarlar İttifaqı tutub. Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ikinci olub. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi isə üçüncü pillədə yer alıb. 

Spartakiadanın qalibi olan Metropoliten İşçiləri Həmkarlar İttifaqının əməkdaşları, əvvəlki illərdə olduğu kimi, bu dəfə də bütün idman növlərində qüvvələrini sınayıblar. Futbol, kəndirdartma, dama və stolüstü tennis üzrə yarışlarda metropolitençilər bütün rəqiblərinə qalib gələrək birinci yeri tutublar. Daşqaldırma və nərd yarışlarında 2-ci, voleybol, şahmat, üzgüçülük və güllə atıcılığı üzrə yarışlarda isə 3-cü yeri tutublar.

Qeyd edək ki, Metropoliten İşçiləri Həmkarlar İttifaqı son 5 ildə ikinci dəfə ümumi komanda hesabında qalib adını qazanıb.

 

ETİKETLƏR:

Foto