Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“İşləyən gənclər arasında işin təşkili” mövzusunda dəyirmi masa

.

07.12.2022 11:58
3
A+
A-

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Göyçay Rayon Komitəsində MİHİ Respublika Komitəsinin   “2018-2022-ci illər üzrə fəaliyyətinin  əsas istiqamətləri konsepsiyası”  proqramına uyğun olaraq “İşləyən gənclər arasında işin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

MİHİ Göyçay Rayon Komitəsinin sədri Nəriman Məlikov çıxış edərək bildirib ki, gənclərin sosial, iqtisadi problemlərinin həllinə yönəldilən, onların fərdi qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.  Bu gün Prezident       İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni müstəviyə qədəm qoyub. Bu siyasət gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı geniş məsələləri əhatə edir.

Sonra gənclərlə bağlı keçirilmiş tədbirlərdən bəhs  edən  videoçarx nümayiş etdirilib.

Tədbirdə MİHİ Respublika Komitəsinin Ucar, Göyçay, Ağdaş, Zərdab rayonları üzrə Ərazi Metodiki Mərkəzin rəhbəri Mirqələm Əliyev,  Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Kamaləddin Sarıyev, Rəsul Rza ev muzeyinin direktoru  Solmaz Həsənova, Göyçay Rayon  MKS-nin direktoru Nərmin Xəlilova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülçin Babayeva, Rəsul Rza adına Göyçay Rayon Mədəniyyət Mərkəzinin metodisti Vüsalə Məmmədova, Heydər Əliyev Mərkəzinin ilk təşkilat sədri Ülkər Məlikzadə çıxış edərək müəssisələrdə gənclərlə bağlı keçirilən tədbirlərdən, həmkarlar ittifaqı təşkilatının gənclərə olan qayğısından və onların əməyinin qiymətləndirilməsindən bəhs ediblər.

Sonda bir qrup ittifaq üzvünə MİHİ Göyçay Rayon Komitəsinin “Təşəkkürnamə”ləri təqdim olunub.

 

Humay ZÜLFÜQAROVA,         

Göyçay Rayon  Tarix-Diyarşünaslıq

Muzeyinin elmi işçisi

ETİKETLƏR: