Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İş yerlərində şiddət və təcavüzə qarşı

Beş qurbandan üçü iş yerində dəfələrlə şiddət və təcavüzə məruz qaldığını və əksəriyyəti ən son hadisənin son beş ildə baş verdiyini söylədi.

07.12.2022 12:20
1
A+
A-

Beynəlxalq Əmək Təşkilatı (BƏT), “Lloyd’s Register Foundation” (LRF) və “Gallup” tərəfindən aparılan birgə təhlilə əsasən (“İşdə şiddət və təcavüz təcrübəsi”), ilk qlobal araşdırma problemin miqyası və onun müxtəlif formaları haqqında məlumat  verir.

Burada həmçinin insanların öz təcrübələri haqqında danışmasına mane ola biləcək amillərə, o cümlədən utanc, təşkilatlara inamın olmaması və ya bu cür qəbuledilməz davranışların “normal” görünməsi kimi amillərə nəzər yetirilir.

İş yerində zorakılığı və təcavüzü ölçmək çətindir. Hesabatda qeyd edilib ki, qurbanların yalnız yarısı başlarına gələn hadisələri ətrafdakılara danışıb və bu da zorakılıq və təcavüzün birdən çox formasına məruz qaldıqdan sonra açıqlanıb. Məlumat verilməməyə səbəb kimi vaxt itkisi, ad və nüfuzuna görə qorxu olub. Bu məlumatı qadınlar kişilərə nisbətən daha çox bölüşüblər.

Bütün dünyada işləyən kişi və qadınların 17,9 faizi iş həyatında psixoloji zorakılıq və təcavüzə məruz qaldıqlarını, 8,5 faizi isə fiziki zorakılıq və təcavüzə məruz qaldıqlarını bildiriblər. Respondentlərin 6,3 faizi cinsi zorakılıq və təcavüzlə üzləşdiyini deyib, bu sahədə  qadınların sayı daha çoxdur.

Zorakılıq və təcavüzün müxtəlif növlərinə ən çox məruz qalan qruplara gənclər, miqrant işçilər, muzdla işləyən qadın və kişilər daxildir. Gənc qadınların cinsi zorakılıq və təcavüzə məruz qalma ehtimalı gənc kişilərə nisbətən iki dəfə çoxdur.

Beş qurbandan üçü iş yerində dəfələrlə şiddət və təcavüzə məruz qaldığını və əksəriyyəti ən son hadisənin son beş ildə baş verdiyini söylədi.

BƏT-in Baş direktorunun İdarəetmə, hüquqlar və dialoq üzrə köməkçisi Manuela Tomei deyib ki, insanların iş həyatında təkcə bir dəfə deyil, dəfələrlə zorakılıq və təzyiqlə üzləşdiyini öyrənmək ağrılıdır. Psixoloji zorakılıq və təcavüz bütün ölkələrdə çox yayılmışdır. Qadınlar xüsusilə cinsi istismara və təcavüzə məruz qalırlar. Hesabatda iş dünyasında zorakılıq və təqiblərə son qoymaq üçün həll edilməli olan böyük bir tapşırıqdan bəhs edilir. Ümid edirəm ki, bu, BƏT-in 190 saylı Konvensiyasının ratifikasiyası və həyata keçirilməsi istiqamətində tədbirləri sürətləndirəcək.

BƏT-in “Zorakılıq və təcavüz haqqında” 190 saylı Konvensiyası və 206 saylı Tövsiyə, cinsi zorakılıq və təcavüz də daxil olmaqla, əmək zorakılığının və təcavüzünün qarşısının alınması, düzəldilməsi və aradan qaldırılması üçün ümumi bir çərçivə təmin edən ilk beynəlxalq əmək normalarıdır. Konvensiya beynəlxalq hüquqda ilk dəfə olaraq hər kəsin zorakılıq və təqibdən azad iş dünyası hüququnun xüsusi tanınmasını ehtiva edir və buna hörmət etmək, təşviq etmək və həyata keçirmək öhdəliyini müəyyən edir.

“Bu çox həssas məsələ ilə bağlı etibarlı məlumatların toplanması çətin, lakin vacibdir. Bu hesabat ilk dəfədir ki, qlobal miqyasda hər beş işçidən birindən çoxunu narahat edən bu geniş yayılmış problemin pərdəsini qaldırır”, - deyə “Gallup”un tərəfdaşı Endryu Rzepa bildirib. O deyib ki, uzun müddətdir şirkətlər və təşkilatlar bilərəkdən iş yerlərində zorakılıq və təzyiqlə mübarizə aparmaq istəməyib. Hazırkı verilənlər bazası bu mühüm təhlükəsizlik məsələsində çox ehtiyac duyulan irəliləyişi izləmək üçün hamımızın istifadə edə biləcəyimiz bir baza təqdim edir.

İş yerində zorakılıq və təcavüz kimi çətin və köklü qlobal təhlükəsizlik məsələləri ilə mübarizə aparmaq üçün problemin miqyasını başa düşmək və ən çox risk altında olanları müəyyən etmək məqsədilə yaxşı məlumatların olması vacibdir.

“Gallup” BƏT ilə bu məlumat boşluqlarının doldurulmasına mühüm töhfəni vermək və ölkələr üçün həyati əhəmiyyət kəsb edən təkmilləşdirmələrə etalon təqdim etməyə görə şaddır.

ETİKETLƏR: