Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeni sosial müqaviləyə ehtiyac var

.

07.12.2022 12:25
6
A+
A-

BƏT-in Qlobal əməkhaqqına dair son hesabatı bəzi iqtisadçıların və mərkəzi bank rəhbərlərinin əməkhaqqının inflyasiyaya səbəb olduğu və aşağı salınmağı haqqında nəzəriyyələrini təkzib edib.

Dünyada əməkhaqqı ilə bağlı ən nüfuzlu məlumat mənbəyi olan hesabatda COVID-19 pandemiyasının birinci mərhələsi başa çatdıqdan sonra aylıq real orta əməkhaqqının 0,9% azaldığı göstərilir. Çin siyahıdan çıxarılsa, azalma 1,4%-ə yüksəlir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibi Luka Visentini deyib ki, 2022-ci ildə əmək məhsuldarlığı ilə real əməkhaqqı arasında fərq son 20 ildən artıqdır ki, ən yüksək göstəricidir. Uzun illər ərzində əmək məhsuldarlığı yüksək olub, lakin hökumətlər korporativ tamahı cilovlamaqdan imtina etdiyinə və bir çox ölkədə kollektiv sövdələşməni və birləşmək azadlığını zəiflətdiyinə görə gəlirlər durğunlaşıb.

Bu o deməkdir ki, bütün dünyada ev təsərrüfatları dolanışıqlarını təmin etməkdə çətinlik çəkir, qiymətlər artdıqca birinci dərəcəli ehtiyaclarını itirmək məcburiyyətindədir.

2022-ci ildə əmək məhsuldarlığı qlobal miqyasda maaşları 12,6% üstələdi, lakin bir çox ölkədə nüfuzlu mərkəzi banklar, hətta yoxsulluq artdıqca belə, əməkhaqqının azaldılmasını tələb edirlər. Əməkhaqqının artırılması və işçilərə təqdim etdikləri məhsuldarlığın ədalətli payının verilməsi üçün tədbirlərlə yanaşı, hökumətlər sosial müdafiə, səhiyyə və qayğıya, təhsilə və layiqli cəmiyyətin digər əsas aspektlərinə investisiya qoymalıdırlar.

Dünya reallıqla üz-üzə gəlməkdən imtina edən iqtisadçıların və siyasətçilərin nüfuzdan düşmüş akademik nəzəriyyəsinin diktə etdiyi iqtisadi siyasətə daha dözməməlidir. Dünyanın yeni sosial müqaviləyə ehtiyacı var. İş yerləri və layiqli əməkhaqqı burada əsas yer tutur.

 

ETİKETLƏR: