Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əməkhaqları qaldırılsın

.

07.12.2022 12:41
5
A+
A-

Dekabrın 2-də İtaliyada ölkənin ən böyük həmkarlar ittifaqlarının təşkilatçılığı ilə  ümummilli tətil keçirilib. İşçilər inflyasiyanı nəzərə almaq üçün ümummilli müqavilələrin şərtlərinə yenidən baxılmasını, həmçinin saatda 12 avrodan az olmayan minimum əməkhaqqı haqqında qanunun qəbul edilməsini tələb edirlər.

Birgə bəyanatda həmkarlar ittifaqları hərbi xərclərin dayandırılmasını da istəyirlər. Əvəzində təhsil və səhiyyə xərclərinin, işsizlərə verilən müavinətlərin artırılması təklif edilir. Etirazçıların şüarlarından biri də belədir: “Silahları yerə qoy, maaşları artır!”.

Həmkarlar ittifaqının məlumatında bildirilir ki, İtaliya yeganə Avropa İttifaqı ölkəsidir ki, burada əməkhaqqı 30 ilə nisbətən daha aşağıdır. Əsas tələbat mallarının qiymətləri, elektrik enerjisi və qaz sərfiyyatına görə ödənişlər 11 faiz artıb. Tətil nəticəsində ictimai nəqliyyat fasilələrlə işləyib. Tətil təhsil, səhiyyə və logistika müəssisələrini də əhatə edib.

ETİKETLƏR: