Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dünyanın ən böyük əczaçılıq şirkətində etiraz aksiyası

Zavod rəhbərliyinin məlumatına görə, Fransada 20 min işçisi olan şirkətin işçilərinin 3-4%-i tətil edir.

07.12.2022 12:44
3
A+
A-

Dekabrın 2-də Fransada tətil edən işçilər “Sanofi”  əczaçılıq laboratoriyasının istehsal sahəsinin qarşısında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (SGT) çağırışı ilə toplaşdılar. İşçilərin əsas tələblərindən biri - yaşayış minimumuna indeksasiya ilə maaşlarının 500 avro artırılmasıdır. Qeyd olunub ki, 10 ildən çoxdur ki, alıcılıq qabiliyyəti itirilib. Qısamüddətli müqavilələrə qarşı etiraz edirik. İstehsalda həmkarlarımızın 19 faizi qeyri-müəyyənlik içərisində işləyir, sabaha belə ümidləri yoxdur. 

Məhz bu səbəblərə görə işçilər müddətsiz tətilə səs veriblər. Tələbləri yerinə yetirildikdə, tətilə son verəcəklər.

Vitru bölgəsindəki “Sanofi” zavodunda 2000 nəfər işləyir. Bura böyük bir sənaye istehsalı, tədqiqat və inkişaf platformasıdır. Zavod xərçəng müalicəsi ilə əlaqəli texnologiyalara diqqət yetirir. COVID-ə qarşı peyvənd də burada istehsal olunur. Zavod rəhbərliyinin sözlərinə görə, tətil istehsala təsir etməyəcək. Şirkət əməkhaqqının 4% artırılmasını təklif etdi, tətilçilər isə bununla razılaşmayıblar.

Şirkətin 15-ə yaxın digər obyektinə də noyabrın 24-dən başlayan tətil hərəkatı öz təsirini göstərib. İşçilər əməkhaqqının 10% artırılmasını tələb edirlər. Qeyd olunur ki, bütün işçilərin maaşlarının artırılması səhmdarlara ödənilən dividendlərin cəmi 4,2% - ni təşkil edir.

Zavod rəhbərliyinin məlumatına görə, Fransada 20 min işçisi olan şirkətin işçilərinin 3-4%-i tətil edir.

“Sanofi”  - baş ofisi Parisdə yerləşən fransız transmilli əczaçılıq və tibb şirkətidir. O, dünyanın aparıcı əczaçılıq şirkətlərindən biridir və yüzdən çox ölkədə fəaliyyət göstərir.

ETİKETLƏR: