Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


3 qızıl medal qazanıblar

.

07.12.2022 13:21
4
A+
A-

Rusiyanın Vladivostok şəhərindəki  “Olimpieç” İdman Kompleksində məşqçi-müəllim Hüseyn Asaliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Ümumrusiya turniri keçirilib. Yarışda Rusiyanın bölgələrindən, həmçinin qonşu ölkələr  Azərbaycan, Özbəkistan, Monqolustan və Ermənistandan gələn 400-dən çox idmançı birincilik uğrunda mübarizə aparıb. Qaliblər təkcə çempionluq titulunu deyil, həm də idman ustalığına namizəd adını ala biləcəklər.

Turnirdə ölkəmizi təmsil edən “Pəhləvan” İdman Klubunun yetirmələri də müvəffəqiyyət qazanıblar. Belə ki, Hüseyn Hüseynov (52 kq.), Ülfət Məmmədov (68 kq.) və Səid Paşayev (85 kq.) təmsil olunduqları çəki dərəcələrində birinci yeri tutublar.

ETİKETLƏR: