Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Atilla” İdman Klubu ikinci olub

.

07.12.2022 13:25
22
A+
A-

Bakı İdman Sarayında qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatı keçirilib. Yarışa 68 klub, cəmiyyət və idman təşkilatından 363 (285 kişi, 78 qadın) cüdoçu qatılıb.

Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə “Neftçi” İdman Klubu, 2-ci yerə “Atilla” İdman Klubu, 3-cü yerə isə “Cüdo Klub 2012” layiq görülüb.

Qeyd edək ki, “Atilla” İdman Klubunun cüdoçuları Azərbaycan çempionatının fərdi yarışlarında 3 qızıl, 3 gümüş və 6 bürünc medal qazanıblar.

Qadınların yarışında Şəfəq Həmidova (+48 kq.) və Nərmin Əmirli (-78 kq.) birinci yeri tutublar.  Ramilə Əliyeva (+48 kq.)  və Südabə Ağayeva (-70 kq.) ikinci olublar. Aişə Qurbanlı (+48kq.) və Xədicə Qədəşova (-52 kq.) isə üçüncü yerə sahib olublar.

Kişilərin yarışında isə Camal Qamzatxanov (+100 kq.) fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Samir Piriyev (-66 kq.) ikinci olub. Turan Bayramov (-60kq.), Tofiq Məmmədov   (66 kq.), Vüsal Qələndərzadə (-73 kq.) və Ruslan Nəsirli (-100 kq.) üçüncü sırada yer alıblar.

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışlarının yekun nəticələrinə əsasən, komandaların tutduqları yer belə müəyyənləşib:

1. “Neftçi” İdman Klubu 1

2. “Atilla” İdman Klubu

İdman Birliyi 1

3. “Kanokan TT” İdman Klubu

3. “Neftçi” İdman Klubu 2

5. “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

5. “Atilla” İdman Klubu

İdman Birliyi 2

7. Gömrükçü İdman

Sağlamlıq Mərkəzi

7. Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi.

Qeyd edək ki, yarışlarda 8 komandadan 61 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Qadınlar 48 kq., 57 kq. və +70 kq. çəki dərəcələrində, kişilər isə 73 kq., 90 kq. və +90 kq. çəki dərəcələrində güclərini sınayıblar.

ETİKETLƏR: