Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kollektivin işi yüksək qiymətləndirilib

“İnşaat-İş”  Həmkarlar  İttifaqının  sədri  Umud Hüseynov  çıxış edərək kollektivin işini yüksək qiymətləndirib.

07.12.2022 13:50
4
A+
A-

Noyabrın 29-30-da “İnşaat-İş” Həmkarlar İttifaqının sədri və baş  texniki əmək müfəttişi Qazax rayonunda “Arkoz Qazax Sement Zavodu” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin (HİK) konfransında  (hesabat-seçki  yığıncağında)  iştirak  ediblər.

Konfrans öncəsi iclas iştirakçıları Ulu Öndər Heydər Əliyevin  abidəsi önünə tər-çiçək dəstələri  düzüb, əziz xatirəsini  ehtiramla yad  ediblər. 

Sonra konfrans işinə başlayıb, HİK-in  sədri  Nizami Zeynalovun  məruzəsi  dinlənilib. Səsə  qoyularaq  qənaətbəxş  qiymətləndirilib. 

Daha sonra HİK-in təftiş komitəsinin və sədrinin seçilməsi  müzakirə  olunub.  N.Zeynalov  yenidən   sədr  seçilib. 

Seçki ilə bağlı müzakirələrdən sonra HİK-in sədri yeni bağlanmış kollektiv müqavilə barədə məlumat verib. 

“İnşaat-İş”  Həmkarlar  İttifaqının  sədri  Umud Hüseynov  çıxış edərək kollektivin işini yüksək qiymətləndirib.

Sonra bir qrup müharibə  iştirakçısı və əmək fəaliyyətində fərqlənən işçilər Fəxri Fərman və  qiymətli  hədiyyələrlə  mükafatlandırılıb. 

N.Zeynalov  zavodun  ümumi  görüntüsünün  tablosunu  sahə  həmkarlar  ittifaqının  sədrinə  təqdim  edib. 

Konfransdan sonra “İnşaat-İş” Həmkarlar İttifaqının sədri  U.Hüseynov  zavodun  bir  qrup  qazi  əməkdaşı ilə  görüşüb,  onların  problemləri  ilə  maraqlanıb, HİK-in sədrinə qazilərin daim diqqət mərkəzində  saxlanılmasını  tövsiyə  edib. 

Baş texniki əmək müfəttişi Əliəddin Məmmədov SƏTƏM üzrə  mühəndis  İlham  Alıyev ilə zavodun  ərazisini  gəzib, işçilərlə  söhbətlər  aparıblar.

Zavoddakı mütərəqqi yeniliklərin başqa idarə və təşkilatlarda da  istifadə  olunması  üçün  müvafiq  tədbirlərin   görüləcəyi qeyd  olunub.  

ETİKETLƏR:

Foto