Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əhalinin pensiya təminatının təkmilləşdirilməsinə dair müşavirə

.

07.12.2022 14:01
2
A+
A-

MDB-nin mənzil qərargahında Birlik iştirakçısı olan dövlətlərdə əhalinin pensiya təminatının təkmilləşdirilməsinə dair müşavirə keçirilib. Videokonfrans rejimində təşkil olunmuş müşavirədə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın, MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Avrasiya İqtisadi Komissiyasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının, Dövlətlərarası Statistika Komitəsinin, “Müstəqil Dövlətlərin Veteranlar (pensiyaçılar) İctimai Təşkilatları” Beynəlxalq İttifaqının Əlaqələndirmə Şurasının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Ekspertlər Birlik ölkələrində pensiya təminatı sahəsində iş barədə aktual informasiya mübadiləsi aparıblar.

Azərbaycandan olan ekspertlər bu sahədə öz təcrübələrini təqdim ediblər. Onlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “Bir pəncərə” prinsipi üzrə 156 növ xidmət göstərən DOST mərkəzlərinin işi barədə söhbət açıblar. Bildirilib ki, bu mərkəzlərdə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya təminatı, sosial sığorta sahələrinə aid xidmətlər göstərilir.

Müşavirə iştirakçıları MDB iştirakçısı olan dövlətlərin milli pensiya sistemlərinin əcnəbi vətəndaşlar tərəfindən pensiya təminatı hüququnun reallaşdırılması perspektivləri baxımından inkişaf etdirilməsi məsələsinə baxmaq təklifi barədə informasiyanı dinləyiblər.

Müşavirə iştirakçılarının ümumi fikrinə görə, sosial xidmətlərin əlçatanlığının təmin edilməsi və yeni pensiya proqramlarının tətbiqi sahələrində qarşılıqlı maraq doğuran məsələlərə dair təcrübə mübadiləsini davam etdirmək zəruridir.

ETİKETLƏR: