Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ceyhunun xatirəsinə həsr edilmiş tədbir

.

07.12.2022 14:03
7
A+
A-

Qaradağ rayon Neftçi Qurban adına 288 №-li tam orta məktəbdə Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş kapitan Ceyhun Əhmədxanovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri və yaxınları, iş yoldaşları, məktəbin kollektivi iştirak edib.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsinin sədri Z.Rzayeva, məktəbin direktoru T.Quliyev və müəllimlər çıxış edərək şəhidlərə olan ali münasibətdən, onların ailə üzvlərinə dövlətimizin diqqət və qayğısından danışıblar. Şəhidin iş yoldaşları Ceyhunun intizamlı xidmətindən, Vətənə, dövlətə sədaqətindən, nümunəvi davranışlarından söz açıblar.

Tədbirdə məktəbin şağirdləri ədəbi-bədii kompozisiya ilə çıxışlar  ediblər.

Şəhidin anası, məktəbin ibtidai sinif müəllimi Rəqiybə xanım şəhidlərimizə, o cümlədən onun oğluna göstərilən münasibətə görə bütün iştirakçılara, eləcə də təşkilatçılara təşəkkür edib.

ETİKETLƏR: