Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Spartak” KBTİC-in gimnastları Macarıstanda uğurla çıxış ediblər

.

14.12.2022 12:11
7
A+
A-

Dekabrın 3-4-də  Macarıstanın Budapeşt şəhərində 24 ölkəni təmsil edən 45 idman klubunun iştirakı ilə “Mikulas Kupa-22” XIII beynəlxalq turniri keçirilib.

Turnirdə “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin Uşaq-Gənclər İdman Məktəbinin bədii gimnastika bölməsinin idmançıları da çıxış ediblər. Bölmənin baş məşqçi-müəllimi Nurlana Əlizadənin və məşqçi-müəllimi Natalya Nərimanovanın yetirmələri bədii gimnastikanın proqramına daxil olan hərəkətlərdə uğurla çıxış edərək aşağıdakı yerlərə nail olmuşlar.

1. Fidan Tağıyeva  - çoxnövçülük - II yer, topla hərəkətlər -    I yer                                   

2. Alika Ağamoğlanova - çoxnövçülük -    II yer, iplə -     I yer, topla  hərəkətlər -    II yer                               

3. Selcan Əliyeva - lentlə hərəkətlər - I yer

4. Məryəm Hüsenyzadə  - çoxnövçülük - II yer, iplə - lentlə  hərəkətlər - I yer                               

5. Turan Zeynalzadə - çoxnövçülük - II yer, iplə hərəkətlər - II yer                                 

6. Melisa Yusifova - çoxnövçülük - II yer, topla  hərəkətlər - III yer, sərbəst hərəkətlər - II yer

 

ETİKETLƏR: