Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin Məclisi keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Məclisdə iştirak edib.

18.01.2023 09:58
21
A+
A-

Yanvarın 17-də Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin (GİHİB) Məclisi keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Məclisdə iştirak edib.

İclasda təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. Belə ki, GİHİB-in sədri Səfər İbrahimov başqa işə keçdiyi üçün öz ərizəsi əsasında Məclisin qərarı ilə vəzifəsindən azad edilib. GİHİB-in sədri vəzifəsinə Rövşən Namazov, sədr müavini vəzifəsinə isə Asəf Ağayev seçilib. Həmçinin Məclisin tərkibində də bir sıra dəyişikliklər edilib.

Sonda qarşıda duran vəzifələr barədə rəy və təkliflər bildirilib.

ETİKETLƏR: