Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gənclərimiz üzləşdikləri çətinliklərdən qorxmamalı,

məqsədləri yolunda fədakarlıq göstərməyi bacarmalıdır

18.01.2023 10:10
26
A+
A-

Həmkarlar ittifaqları gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına, işləyən, təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışır, istehsalatda, təhsildə və ictimai fəaliyyətdə fərqlənənlərin əməyini qiymətləndirməklə onları daha böyük nailiyyətlərə həvəsləndirir.

Bu adın təsis olunmasında məqsədlərdən biri də gənclərin müxtəlif sənət növlərinə, peşələrə həmkarlar ittifaqı işinə marağının artırılması, istedadlı gənclərin üzə çıxarılması, onların, qüvvə və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişafına səfərbər edilməsinə, nail olmaqdır.

Aviasiya İşçiləri HİRK tərəfindən 2022-ci il ərzində əməkdə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş, “İlin peşəkar gənci” adına laiq görülmüş gənclərdən biri də Calal Fəxrəddin oğlu Ələsgərovdur. 

C. Ələsgərov 1989-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur. 2019-cu ildən Azərbaycan Hava Yollarında təyyarə bələdcisi vəzifəsində çalışır.

O, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

2020-ci il sentyabrın 30-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən cəbhəyə çağırış vərəqəsi alır.

Dekabrın 28-dək İkinci Qarabağ müharibəsində iştirak edib. “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib.

Calal Ələsgərov öz təcrübəsinə əsaslanaraq gənclərimizə bəzi tövsiyələrini çatdırmağı da bizdən xahiş etdi. Dedi ki, gənclərimiz üzləşdikləri çətinliklərdən qorxmamalı, məqsədləri yolunda fədakarlıq göstərməyi bacarmalıdır. Uğurlara gedən yol savaddan, peşəkarlıqdan və mütəmadi axtarışlardan keçir. Hər birimiz cəmiyyətimizin, işlədiyimiz müəssisələrin fəal ictimaiyyətçisi olmağa bolcluyuq.

 C. Ələsgərov həmkarlar ittifaqlarına bu ada laiq görüldüyünə görə öz təşəkkürünü bildirdi.

 

Günel QULİYEVA

ETİKETLƏR: