Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti

“Avro-2020” başlayır

Bakı Olimpiya Stadionunda “Avro-2020”nin “A” qrupunun Uels-İsveçrə (12 iyun), Türkiyə-Uels (16 iyun) və Türkiyə-İsveçrə (20 iyun) oyunları, həmçinin dörddəbir final mərhələsinin bir matçı (3 iyul) təşkil olunacaq.

09.06.2021 08:24
7
A+
A-

Qeyd edək ki, Avropa çempionatının iyunun 11-dən iyulun 11-dək Bakı ilə yanaşı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Sevilya, Qlazqo və Budapeştdə keçirilməsi planlaşdırılır.
Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda azarkeşin iştirakına icazə verilib. Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarında əksini tapıb.
Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı azarkeşlər üçün təlimatlar da hazırlanıb.

ETİKETLƏR: