Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sosial dialoq vasitəsilə antiböhran tədbirləri hazırlamaq

Ən çox ehtiyacı olanların yaşayış minimumu xərclərini ödəmək üçün səmərəli yol işçilərin maaşlarını artırmaqdır.

18.01.2023 10:28
2
A+
A-

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) Baş katibi Ester Linç Avropa Parlamentinin dərc etdiyi və yaşayış minimumu böhranının vətəndaşların ən böyük narahatçılığı olduğunu göstərən Avrobarometr (Eurobarometer) dərgisinə münasibət bildirib. Deyib ki, bu sorğu Avropa liderləri üçün yaşayış minimumu böhranı ilə bağlı xəbərdarlıq olmalıdır.

Nəticələr borclarını ödəyə bilməyən insanların sayında əhəmiyyətli artım, habelə milli hökumətlər və Avropa İttifaqı (Aİ) tərəfindən indiyədək görülən tədbirlərdən çox sayda  narazılığın olduğunu göstərir.

Milyonlarla insan bu qış istilik sistemini işə sala bilmir. Qiymət artımından enerji şirkətləri rekord gəlir əldə edir və Aİ-nin vergi siyasəti bir çox üzv dövlətdə hələ tətbiq edilməmişdir.

Bu qış ailələrin üzləşdiyi böhranın miqyasına uyğun Avropa liderlərinin hərəkət etmələrinin vaxtı çatıb. Aİ-nin enerji bazarının spekulyantlar üçün bir platforma deyil, ictimai xeyir kimi xidmət etməsi üçün real islahata ehtiyacımız var.

Ən çox ehtiyacı olanların yaşayış minimumu xərclərini ödəmək üçün səmərəli yol işçilərin maaşlarını artırmaqdır.

Bu sorğuya əsasən, yaşayış minimumu böhranından zərər çəkən ölkələrin sərt qənaət tədbirləri zamanı işçilərin hüquqlarının ciddi şəkildə pozulması təəccüblü deyil. Aİ liderləri dərs almalı, iş yerlərində təhlükəsizliyi və kollektiv sövdələşmə hüququnu bərpa etməklə gələcəkdə daha möhkəm Avropanı təmin etməlidir.

ETUC-un Aİ və milli hökumətləri aşağıdakı tədbirləri görməyə çağıran yaşayış minimumu böhranına son qoymaq üçün altı bəndlik planı var:

- yaşayış xərclərinin artması ilə əlaqədar əməkhaqqının artırılması;

- elektrik enerjisi haqqını ödəmək, süfrəyə yemək qoymaq və kirayə haqqını verməkdə çətinlik çəkən insanlar üçün nəzərdə tutulmuş ödənişlər;

- xüsusilə elektrik enerjisi xərclərinin dəyəri ilə əlaqədar real limit qiymətləri;

- sənaye, xidmət və dövlət sektorunda gəlirlərin və iş yerlərinin qorunması üçün milli və Avropanın antiböhran dəstəyi tədbirləri;

- enerjinin ictimai sərvət olduğunu qəbul etmək üçün Aİ-nin enerji bazarının fəaliyyətində islahatların aparılması;

- həmkarlar ittifaqlarının sosial dialoq vasitəsilə antiböhran tədbirləri hazırlamaq və həyata keçirmələri üçün danışıqlar masası arxasında yeri.

ETİKETLƏR: