Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Spartakiadaya hazırlıq müzakirə olundu

Hikmət müəllim qeyd etdi ki, xalqın hər bir nümayəndəsi, o cümlədən kollektivlər, təşkilatlar ümummilli liderin yubileyinə, Heydər Əliyev ilinə töhfə verməyi özünün şərəf işi və vətəndaş borcu sayır.

18.01.2023 10:41
26
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinin (AHİTA İB) Rəyasət Heyətinin yanvarın 18-də keçirilmiş növbəti iclasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman spartakiadasına hazırlıq məsələsinə baxıldı. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Hikmət Osmanov müasir dövlətçiliyimizin banisi olan Heydər Əliyevin xalq qarşısında xidmətlərindən danışdı. Bildirdi ki, Respublika Prezidenti cənab İlham Əliyev ümummilli liderin təməlini qoyduğu yeni Azərbaycanı regionun ən qüdrətli ölkəsinə çevirdi. Torpaqlarımızın bütövlüyünü təmin etdi.

Hikmət müəllim qeyd etdi ki, xalqın hər bir nümayəndəsi, o cümlədən kollektivlər, təşkilatlar ümummilli liderin yubileyinə, Heydər Əliyev ilinə töhfə verməyi özünün şərəf işi və vətəndaş borcu sayır.

AHİK bu böyük insanın 100 illik yubileyini çoxsahəli, maraqlı layihələrlə qeyd etməyə hazırlaşır. Bu layihələr çərçivəsində idman təşkilatları da üzərlərinə çox sayda vəzifələr götürüblər. Bunlardan kütləviliyi ilə fərqlənəni, böyük təşkilatçılıq səriştəsi tələb edəni idman spartakiadası olacaq. Biz sizinlə bu gün spartakiadaya hazırlıq və onun keçirilmə mexanizmi barədə fikir mübadiləsi aparacaq, təkliflərinizi dinləyəcəyik.

Sədr müavini məlumat üçün bildirdi ki, spartakiada mart ayında start götürəcək, mayın əvvəllərində, Ümummilli Liderin doğum günü ərəfəsində final mərhələsi ilə yekunlaşacaq.

O, AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin yubileyə hazırlıqla bağlı tövsiyələrini də diqqətə çatdırdı.

Yubiley tədbirləri barədə AHİTA İB-nin sədri Binyamin Mənsimzadə geniş məlumat verdi. İdarə Heyəti üzvlərinin təklifləri dinlənildi.

ETİKETLƏR: