Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Zəngin ənənə davam edir

“Tarixi uzun keçmişə gedən, çətin sınaqlardan çıxan təhsil işçiləri həmkarlar ittifaqının ənənələri, mübarizliyi indiki nəsil tərəfindən də ləyaqətlə yaşadılır.

09.06.2021 08:36
12
A+
A-

“Tarixi uzun keçmişə gedən, çətin sınaqlardan çıxan təhsil işçiləri həmkarlar ittifaqının ənənələri, mübarizliyi indiki nəsil tərəfindən də ləyaqətlə yaşadılır.
Biz bu ənənəyə sədaqətin ən parlaq nümunəsini COVID-19 pandemiyasının dünyaya meydan oxuduğu zamanda, Vətən müharibəsi günlərində bir daha gördük. Təhsil işçiləri azad həmkarlar ittifaqı pandemiyanın və müharibənin ilk günlərindən xalqın yanında oldu. Aztəminatlı işçilərə, hərbçilərimizə, qazilərimizə, onların ailə üzvlərinə mənəvi, maddi dəstək göstərdi.
Bu günlərdə təşkilatımızın - Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 yaşı tamam oldu. Bu münasibətlə təsis olunmuş yubiley medalına layiq görülənlər sırasında, sevindirici haldır ki, bizim şəhər komitəsinin, onun strukturlarının da əməkdaşları var”.
Bu sözləri TİAHİ Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfov yubiley medalının təqdim edilməsi mərasimində söylədi. Niyazi müəllim yubiley medalına layiq görülənləri təbrik etdi, hər birinə daha böyük uğurlar arzuladı.

ETİKETLƏR: