Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İstedadlı işçi, qəhrəman əsgər

.

25.01.2023 11:55
23
A+
A-

AHİK-in təsis etdiyi “İlin peşəkar gənci” fəxri adına namizədliyi Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən irəli sürülən Rüstəm Abdulrəhimov Quba rayonunda anadan olub.

Azərbaycan Texniki Universitetində təhsil alıb. 2019-cu ildən  “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Sabunçu RETSİ İstismar Şöbəsində elektrik montyor vəzifəsində çalışır.

2020-ci il sentyabrın 28-dən dekabrın 27-dək İkinci Qarabağ müharibəsində iştirak edib. Vətən müharibəsində göstərdiyi xidmətlərinə görə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

R.Abdulrəhimov müxbirimizlə söhbətində Vətən müharibəsi iştirakçılarına diqqət və qayğıya görə dövlətimizə, “İlin peşəkar gənci” adına layiq görülməsinə görə isə həmkarlar ittifaqına dərin təşəkkürünü bildirdi.

 Diqqətə çatdırdı ki, müharibə dövründə əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan əsgəri dövlət-xalq-ordu birliyindən aldığı mənəvi dəstəklə daha da ruhlandı, hər bir qarış torpaq uğrunda sonadək mübarizə apardı.

Günel QULİYEVA

ETİKETLƏR: