Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qarabağ qaziləri istirahət mərkəzində

Daim qazilərə dövlət dəstəyi göstərildiyi kimi, rayon komitəsi də bu işdə olduqca fəaldır.

09.06.2021 08:39
24
A+
A-

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Qaradağ Rayon Komitəsi, təhsil müəssisələrində çalışan Qarabağ qazilərinin Lənkəran rayon “Palıdlı-Sahil” İstirahət Mərkəzinə gəzintisini həyata keçirib. Daim qazilərə dövlət dəstəyi göstərildiyi kimi, rayon komitəsi də bu işdə olduqca fəaldır. Lənkəran rayon “Palıdlı-Sahil” İstirahət Mərkəzinin rəhbərliyi və  işçi heyəti qazilərimizə yüksək diqqət və qayğı göstərdilər. Qazilərimizin asudə vaxtlarının dəyərləndirilməsi məqsədilə Xan Bulan gölünə gəzinti təşkil edildi. Daha sonra mərkəzin rəhbərliyi canlı musiqi gecəsi təşkil etdi. Gecədə Azərbaycanın ərazi bütövlüyü uğrunda, Vətən müharibəsində şəhid olmuş igidlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi. Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalından danışdı, qazilər ürək sözlərini söylədilər, vətənpərvər şeirlər səsləndirildi.
Sonda TİAHİ Qaradağ Rayon Komitəsinin sədri Zümrüd xanım Rzayeva qazilərə göstərilən peşəkar xidmətə görə “Palıdlı-Sahil” İstirahət Mərkəzinin rəhbəri Şakir Rəcəbova Rayon Komitəsinin Fəxri Fərmanını təqdim etdi.

ETİKETLƏR: