Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İnsanları etibarlı iş yerləri və ədalətli əməkhaqqı ilə təmin etmək

İspaniyada fəaliyyət göstərən əmək qanunvericiliyi sərt iqtisadi tədbirlər çərçivəsində son böhrandan sonra tətbiq edilib.

09.06.2021 08:44
22
A+
A-

 

Avropa və İspaniya həmkarlar ittifaqı liderləri Avropa Komissiyasını işçilərin hüquqlarını və pensiya islahatlarını pozmaq üçün İspaniyanın milli yenidənqurma planına dair danışıqları dayandırmağa çağırıblar.
Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) Baş katibi Luka Visentini  və “CCOO” adından da danışan “UGT” Baş katibi Pepe Alvarez İspaniya hökumətinin milli plan çərçivəsində mütərəqqi əmək və pensiya islahatları planlarına dair son şərhlərini müzakirə etmək üçün Avropa Komissiyası sədrinin müavini Valdis Dombrovskis ilə onlayn görüşüb.
İclasda həmkarlar ittifaqı liderləri İspaniyanın bərpa planının sərt iqtisadi şərtlərə məruz qalmayacağına, Komissiyanın sabitliyin bərpası və təmin edilməsi mexanizminin bir hissəsi olmadığına və onun sosial məqsədlərinə zidd olacağına zəmanət almağa çalışıblar.
L.Visentini Komissiyanın hər hansı bir siyasi müdaxilədən imtina etdiyinə əmin olduğunu və ötən ay Porto Sammitində vətəndaşların sosial hüquqlarının gücləndirilməsi ilə Avropanın həyat və əmək səviyyəsini necə artıracağına dair verdikləri vədlərə sadiq olduğunu söyləyib. O bildirib ki, Komissiyanın İspaniyaya müdaxiləsi onun ümummilli sosial dialoqa dair səlahiyyətindən qat-qat üstündür, onun öz sosial məqsədlərinə ziddir və maliyyə böhranına reaksiyasının iflasından hələ də nəticə çıxarmalı olduğunu göstərir.
İspaniyada fəaliyyət göstərən əmək qanunvericiliyi sərt iqtisadi tədbirlər çərçivəsində son böhrandan sonra tətbiq edilib. Əməkhaqqının azalmasına və işsizliyin artmasına səbəb olub. Keçmiş islahatların vurduğu ziyanın aradan qaldırılması üçün kollektiv danışıqların möhkəmləndirilməsi insanları etibarlı iş yerləri və ədalətli əməkhaqqı hesabına yoxsulluqdan çıxarmaq, eləcə də rəqəmsal və yaşıl iqtisadiyyata ədalətli keçidin təmin edilməsi üçün son dərəcə vacibdir. Həmçinin pensiya sistemi lazımdır, onun əsas məqsədi-hamı üçün layiqli yaşlanmanı təmin etməkdir.
“Biz Komissar V.Dombrovskisə aydın şəkildə bildirdik ki, sərt iqtisadi şərtlərə dair heç bir mandat yoxdur. Onu İspaniyada baş verən sosial dialoq prosesinə hörmət etməyə və dəstəkləməyə çağırdıq”- deyə L.Visentini vurğulayıb. 
L.Visentini COVID böhranının işçilərə təsirinin azaldılması üçün fövqəladə tədbirlərin, məşğulluq tam bərpa olunana qədər, bütün Avropada saxlanılmalı olduğunu vurğulayıb.
Pepe Alvarez İspaniyada 4 milyondan çox işçinin kollektiv müqavilə ilə qorunmadığını qeyd edib: “Əgər biz İspaniyada daha ədalətli maaş almaq istəyiriksə, fəhlələrə kollektiv danışıqlar aparmaq hüququ və imkanı verilməlidir. Avropa Komissiyası İspaniya hökumətini qeyri-standart məşğulluğu azaltmağa və əmək şəraiti çox pis olan gənc işçilərin əmək həyatlarının başlamasının qarşısını almağa kömək etməlidir.
O, Avropa Komissiyasının sosial dialoqa sadiq qaldığına dair V.Dombrovskisin bəyanatını alqışlayıb.

ETİKETLƏR: