Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları təltif olunub

Qabaqcıl işçilər Fəxri Fərman və digər mükafatlarla stimullaşdırılırlar.

01.02.2023 13:58
19
A+
A-

Aqrar Kredit və İnkişaf Agentliyində ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) sədri və əməkdaşları iştirak edib.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev ölkəmizdə kənd təsərrüfatına göstərilən diqqət və qayğıdan, fermerlərə yaradılan əlverişli şəraitdən danışıb. O, Agentliyin daim aqrar sahənin inkişafını, kənd yerlərində məşğulluğun artırılması istiqamətində fermerlərin fəaliyyətini dəstəklədiyini bildirib.

BHİK sədri Fuad Məmmədov işçilərin əmək qanunvericiliyi ilə şamil olunan hüquqlarının müdafiə olunduğunu deyib. Bildirib ki, hər bir ittifaq üzvünün sosial-iqtisadi maraqları təmin olunur. Qabaqcıl işçilər Fəxri Fərman və digər mükafatlarla stimullaşdırılırlar. Qeyd edib ki, əməkçilərin hüquqlarının müdafiəsi, onların sağlamlığı, istirahətlərinin təşkili və digər məsələlər bundan sonra da həmklarlar ittifaqı təşkilatının diqqət mərkəzində olacaq və bu sahədə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.

Sonda bir qrup əməkdaş BHİK-in Fəxri fərmanları ilə təltif olunub.

 

ETİKETLƏR: