Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Göylə yerin arasında keçən ömür

.

01.02.2023 14:39
3
A+
A-

Zabrat Hava Limanında 54 il fəaliyyət göstərmiş Kazım Abbasov təntənəli şəkildə təqaüdə yola salınıb. “Helicopter Services” MMC-nin Baş direktoru Azər Sultanov K.Abbasova ölkənin mülki aviasiyadakı xidmətlərinə görə dərin təşəkkürünü bildirib. Onun Milli Aviasiya Akademiyasının məzunlarına örnək göstərilərək daim xatırlanacağını bildirib.

Tədbirdə veteran pilotun keçdiyi şərəfli ömür yolu barədə qısa məlumat verilib. Deyilib ki, o, 1965-ci ildə Kremençuq aviasiya məktəbini təyyarəçi ixtisasi üzrə bitirmişdir. Həmin ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Zabrat Birləşmiş Aviadəstəsində “Mi-4” helikopterinin ikinci pilotu vəzifəsinə qəbul edilmişdir. 1965-1997-ci illər ərzində “Mi-8”, “Mi - 8MTB”, “Sikorsky 76” tipli helikopterlərin pilotu və komandiri kimi 18 min saat uçuş yerinə yetirmişdir. 2003-cü ildən aviaşirkətdə Uçuş metodikası üzrə mühəndis vəzifəsində çalışırdı.

Əməkdar pilot Birinci Qarabağ müharibəsində döyüş zonasında 1557 uçuş keçirmiş, təhlükəli şəraitdə, atış altında ümumi hesabla 1654 saat havada olmuşdur. Onun idarə etdiyi helikopterlərdə 1248 nəfər yaralı döyüşçü, 2288 nəfər qaçqın, tonlarla döyüş sursatı, tibbi ləvazimat və ərzaq daşınmışdır. O, Qarabağda gedən döyüşlərdə erməni qruplaşmalarının məhv edilməsində fəal iştirak etmişdir.

Mülki aviasiyada göstərdiyi xidmətlərinə görə 1980-ci ildə “Aeroflot əlaçısı” döş nişanı, 1983-cü ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1987-ci ildə “Əməkdar veteran” medalı ilə təltif edilmişdir. Zabrat aviamüəssisəsində çalışmış aviatorlar arasında yeganə helikopter pilotudur ki, dəfələrlə “Ən yaxşı təyyarəçi” adına və bir çox digər Fəxri fərmanlara layiq görülmüşdür.

ETİKETLƏR: