Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid övladının doğum günü

uşaq bağçasında qeyd edildi

01.02.2023 14:40
12
A+
A-

Yanvarın 27-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Şıxalı Dadaşov, təlimatçı Hacımurad Hənifəyev və Nizami Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Yusif Əliyev sahə Hİ Respublika Komitəsinin himayəyə götürdüyü şəhid Qasımov Eltun Vüqar oğlunun övladı Zeynin tərbiyə aldığı uşaq bağçasında olmuşlar. Burada onlar uşaq bağçasının tərbiyəçiləri ilə birlikdə Zeynin doğum gününü qeyd etmişlər.

Tədbirdə Vətən müharibəsi şəhidləri anılmış, onların ailələrinin dövlət və xalq tərəfindən daim diqqət mərkəzində olduğu bir daha qeyd edilmişdir.

Şəhid övladına tort və elektrikli oyuncaq avtomobil hədiyyə olunmuşdur. Şəhidin həyat yoldaşı Pərvin xanımın kart hesabına 100 manat pul köçürülmüşdür.

Nizami Rayon İcra Hakimiyyəti Zeynə geyim dəsti (ayaqqabı, köynək, şalvar və gödəkcə) bağışlamışdır.

ETİKETLƏR: