Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həyat yolu ilə şagirdlərinə nümunədir

Amalya xanım bu keyfiyyətlərinə görə “Əməkdar müəllim” fəxri adına, “Tərəqqi” medalına layiq görülmüşdür.

01.02.2023 14:41
3
A+
A-

Ömrünün 43 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Amalya Abdıyeva Tovuz rayonunun sayılıb-seçilən müəllimlərindən biri kimi böyük hörmət sahibidir. Yüksək pedaqoji keyfiyyətlərə malikdir.

Özünəməxsus dərsdemə metodları var. Bu metod, şagirdlərə yanaşma, onların diqqətini dediyi dərsə yönəltmə bacarığı sayəsində Amalya  müəllimə uğurlu nəticələr əldə edir.

Amalya xanım keçdiyi həyat yolu ilə də şagirdlərinə nümunədir. O, orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub, fərqlənmə diplomu ilə başa vurub. Tovuz rayonunun A.S.Puşkin adına tam orta məktəbinə müəllim təyin olunub. Cəmiyyətimiz üçün yüzlərlə layiqli vətəndaş yetirib. Keçmiş şagirdləri indi də Amalya müəlliməni özlərinin ən etibarlı məsləhətçisi və yolgöstərəni bilirlər.

Amalya xanım bu keyfiyyətlərinə görə “Əməkdar müəllim” fəxri adına, “Tərəqqi” medalına layiq görülmüşdür.

Bu günlərdə A.Abdıyevanın 65 yaşı tamam oldu. Bu münasibətlə Amalya xanımı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsi adından təbrik edərək ona cansağlığı və uğurlar arzulayıram.

 

Flora PƏNAHOVA,

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

 Tovuz Rayon Komitəsinin sədri

ETİKETLƏR: