Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Birincilik uğrunda mübarizə aparıblar

Daha sonra yarışa start verilib. Stolüstü tennis yarışmasında birincilik uğrunda 60-dan artıq həmkarlar ittifaqı üzvü mübarizə aparıb.

01.02.2023 14:44
8
A+
A-

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə stolüstü tennis üzrə yarış keçirib. Yarış Heydər Əliyev adına Hərbi İnstitutun idman zalında baş tutub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirildi.

Müdafiə Nazirliyi BHİK-in sədr müavini İxtiyar İsayev yarış iştirakçıları qarşısında çıxış edərək bildirib ki, bu il ölkəmizdə “Heydər Əliyev İli” olduğu üçün həmkarlar ittifaqı komitəsində də Ümummilli Liderin  xatirəsinə həsr olunmuş idman tədbirlərinin keçirilməsi nəzərdə tutulub. İndi baş tutan stolüstü tennis birinciliyi də məhz Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Bundan əlavə, komitə tərəfindən  digər silsilə tədbirlərin keçirilməsi də planlaşdırılır. 

Daha sonra yarışa start verilib. Stolüstü tennis yarışmasında birincilik uğrunda 60-dan artıq həmkarlar ittifaqı üzvü mübarizə aparıb.

Yarışın yekun nəticəsinə görə, qalib adını qazananlara Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri adından Fəxri fərmanlar və pul mükafatları təqdim edilib. 

ETİKETLƏR: