Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri Səttar Möhbalıyev elmi müəssisələrin həmkarlar ittifaqı komitələrinin sədrləri ilə görüşüb

Görüşdə HİK sədrlərinin qaldırdıqları məsələlər geniş müzakirə olunub, fikir mübadiləsi aparılıb və AHİK sədrinin tövsiyələri dinlənilib.

15.02.2023 10:51
24
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisələrinin həmkarlar ittifaqı komitələrinin (HİK) sədrləri ilə görüşüb.

Görüşdə Fizika İnstitutunun HİK sədri Sitarə Bağırova, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun HİK sədri Arif Əfəndi, İqtisadiyyat İnstitutunun HİK sədri Paşa Tanrıverdi və Coğrafiya İnstitutunun HİK sədri Habil Haqverdiyev iştirak ediblər.

İştirakçıları salamlayan Səttar Möhbalıyev öncə onları AHİK-in yaranmasının 30 illiyi münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.

S.Möhbalıyev söhbət zamanı sədrlərin fəaliyyətini yüksək qiymətləndirib, işçilərin qanuni mənafelərinin qorunması, layiqli iş şəraitinin yaradılması, istirahətlərinin təşkili istiqamətində gördükləri işləri təqdirəlayiq adlandırıb.

Görüşdə HİK sədrlərinin qaldırdıqları məsələlər geniş müzakirə olunub, fikir mübadiləsi aparılıb və AHİK sədrinin tövsiyələri dinlənilib.

Həmçinin müasir inkişafın reallıqları və bu günün çağırışları fonunda həmkarlar ittifaqlarının qarşısında duran vəzifələr, müəyyən edilmiş hədəflər, eləcə də “Heydər Əliyev İli” çərçivəsində görüləcək işlərin müzakirəsi aparılıb.

ETİKETLƏR:

Foto