Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhlükəsiz iş şəraiti müasir texnologiya əsasında yaradıla bilər

“Azərsu” Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov müsabiqənin hazırlanmasında və yerlərdə maarifləndirmə işlərinin həyata keçirilməsində sədri olduğu təşkilatın fəaliyyətindən danışdı.

09.06.2021 09:10
27
A+
A-

“Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi və Mərkəzi Laboratoriyası həm istehsalat göstəricilərinə, həm də yaradılmış əmək şəraitinə görə xüsusi çəkiyə malikdir. Təsadüfi deyil ki, bu müəssisələr Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2020-ci il üçün keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsində qaliblər sırasında yer tutdu. Bu günlərdə ASC-nin layiq olduğu mükafat kollektivə təqdim edildi.
Təqdimetmə mərasimində hər iki qurumun nümayəndələri çıxış edərək təhlükəsiz iş yerlərinə nail olmaq istiqamətində həyata keçirilən tədbirləri açıqladı. Bildirdilər ki, iş yerlərinin müasir avadanlıqlar əsasında quraşdırılması çox mühüm amildir. Bu amil işçilərin sağlamlığının təminatı baxımından əsas rol oynayır. ASC-nin müvafiq strukturlarının və həmkarlar ittifaqının əməkdaşları, fəalları ilboyu mütəmadi olaraq ciddi araşdırma, təhlillər aparır, nöqsanları üzə çıxarır, həlli üçün birlikdə operativ tədbirlər görürlər. Bu da son nəticədə həm müəssisələrin göstəricilərinə, həm də işçilərin sağlamlıqlarına müsbət təsir göstərir.
“Azərsu” Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov müsabiqənin hazırlanmasında və yerlərdə maarifləndirmə işlərinin həyata keçirilməsində sədri olduğu təşkilatın fəaliyyətindən danışdı. Dedi ki, əməkdaşlarımız müsabiqə iştirakçısı olan müəssisələrlə sıx əlaqə saxlamış, metodiki, əyani köməyini əsirgəməmişdir.
AHİK-in əməyin texniki müfəttişi Mürvət Mehrabov müsabiqənin məqsəd və əhəmiyyəti barədə geniş məlumat vermişdir.
Sonda ASC-nin nümayəndələrinə AHİK-in Fəxri   Diplomu və qiymətli hədiyyələr təqdim olunmuşdur.

ETİKETLƏR: