Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tədbirlər planı təqdim olundu

Sonra iştirakçılar öz ölkələrinin sosial-iqtisadi durumları və Ukraynadakı son vəziyyət barədə fikir mübadiləsi apardılar.

01.03.2023 10:57
37
A+
A-

Fevral ayının 24-də Pan Avropa Regional Şurasının (PARŞ) Rəhbər Komitəsinin iclası keçirilib. Onlayn formatda baş tutan tədbirə 20-yə yaxın beynəlxalq və milli həmkarlar ittifaqları mərkəzinin nümayəndələri qoşulmuşdu.

Gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə giriş sözü ilə çıxış edən qurumun prezidenti, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri İrakli Petriaşvili çatdırdı. Regiondakı iqtisadi, sosial, siyasi proseslərə münasibətini bildirdi.

PARŞ-ın İcraiyyə Komitəsinin martın 10-da keçiriləcək iclasının gündəliyi ilə tədbir iştirakçılarını bu təşkilatın icraçı katibi Anton Leppik tanış etdi. Bildirdi ki, həmin iclasda Belarusda həmkarlar hərəkatı ilə bağlı narahatedici vəziyyət və yaşayış meyarı böhranı ilə bağlı bəyanatlarının qəbul edilməsi nəzərdə tutulub.

İclas iştirakçılarına Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş Şurasında müzakirə olunacaq mövzular da təqdim edildi. Təqdimatda çıxış edən BHİK-in Baş katibinin müavini Ouen Tüdor dedi ki, martın 11-də keçirilməsi planlaşdırılan bu iclasda təşkilatımızın və günümüzün ən aktual problemləri müzakirəyə çıxarılacaq.

Sonra iştirakçılar öz ölkələrinin sosial-iqtisadi durumları və Ukraynadakı son vəziyyət barədə fikir mübadiləsi apardılar.

Tədbirdə AHİK sədrinin müavini Aqil   Dadaşov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinin icraçısı Anar Mahbaliyev və Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Röya Qarayeva iştirak etdilər.

ETİKETLƏR: