Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Zəlzələdən zərərçəkmişlərə yardım

BƏT həmçinin AFAD-ın (Fövqəladə Halların İdarə Edilməsi Agentliyi) tələblərinə uyğun olaraq əyalətlər üzrə uşaqlar və böyüklər üçün 2500 geyim dəsti, 3600 gigiyena qutusu, 2000 isti yemək və qida paketi paylayıb.

01.03.2023 13:17
1
A+
A-

Beynəlxalq Əmək Təşkilatı (BƏT) Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən zərər çəkmiş insanlara kömək etmək üçün öz resurslarını səfərbər edib.

Birləşmiş Millətlər Təşkilatının humanitar yardım koordinasiya strukturunun bir hissəsi olaraq, böhranın başlanğıcından bəri BƏT-in yerli şöbəsi Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyi, sosial tərəfdaşlar və digər həmkarları ilə mövcud layihələrin tez bir zamanda həyata keçirilməsi üçün intensiv şəkildə çalışdı.

Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən, əvvəlcə mövsümi kənd təsərrüfatı ilə məşğul olan ailələrdən olan uşaqların uşaq əməyindən qorunmasına yönəlmiş layihə, BƏT-in tərəfdaşları - “Picolo” təhsil, mədəniyyət, gənclər və idman dərnəyi və “Gənc həyat” Vəqfi vasitəsilə Hatay, Adıyaman, Diyarbəkir və Şanlıurfa əyalətlərinə ilk yardım göstərmək üçün yenidən istiqamətləndirildi.

BƏT həmçinin AFAD-ın (Fövqəladə Halların İdarə Edilməsi Agentliyi) tələblərinə uyğun olaraq əyalətlər üzrə uşaqlar və böyüklər üçün 2500 geyim dəsti, 3600 gigiyena qutusu, 2000 isti yemək və qida paketi paylayıb.

Alman İnkişaf Bankı “KfW” tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Pazarcık, Kahramanmaraş, Reyhanlı və Antakya, Hatay şəhərlərinə 16 milyon türk lirəsi dəyərində 1500 qış çadırı, 3600 yataq çantası və 2600 yastıq paylanıb. Bundan əlavə, zəlzələdən zərər çəkmiş uşaqlar üçün oyun meydançası çadırlarının tikintisi, zəlzələdən zərərçəkmişlərə psixososial dəstək verilməsi istiqamətində işlər davam etdirilir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və Əmək və Sosial Müdafiə Naziri Vedat Bilginə BƏT-in Baş direktoru Gilbert Hungbo tərəfindən ünvanlanmış məktublarda “Türkiyə xalqı ilə sarsılmaz həmrəylik” ifadə edilmişdir. Təmsil etdiyi təşkilatın həm təcili ehtiyaclar, həm də yenidənqurma və bərpa səyləri üçün hər cür yardıma hazır olduğunu bildirdi.

ETİKETLƏR: