Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Səhiyyə və Sosial Xidmətlər Daimi Komitəsinin iclası

İştirakçılar Türkiyə və Suriyada baş vermiş zəlzələ qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və komitə qurbanlara dəstək olmaqda türk həmkarlar ittifaqları ilə həmrəy olduqlarını bildirib.

01.03.2023 14:18
11
A+
A-

Fevralın 23-də Səhiyyə və sosial xidmət işçiləri həmkarlar ittifaqları Səhiyyə və Sosial Xidmətlər Daimi Komitəsinin iclasında toplaşdı. İclasda keçən ilin oktyabrında keçirilən son görüşdən sonra səhiyyə və qayğı xidməti sektorunda baş verən proseslər müzakirə edilib. Bunlara Avropa İttifaqı (Aİ) Komissiyasının sosial dialoqun gücləndirilməsi təklifi, Avropa sağlamlıq məlumat sahəsi və bacarıqlar ili daxildir. Avropa sağlamlıq məlumat sahəsi ilə bağlı müzakirələrdən sonra, digər məsələlərlə yanaşı, sağlamlıq məlumatlarının özəlləşdirmədən qorunmasını təmin etmək üçün Avropa Parlamentinin hesabatına düzəlişlərin təklif edilməsi qərara alınıb.

İştirakçılar Türkiyə və Suriyada baş vermiş zəlzələ qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və komitə qurbanlara dəstək olmaqda türk həmkarlar ittifaqları ilə həmrəy olduqlarını bildirib.

Komitə üzvləri növbəti ildə komitənin fəaliyyətinin prioritet mövzularını müzakirə ediblər. Digər məsələlərlə yanaşı, müzakirələr əsasən əməyin mühafizəsi və təhlükəsizliyinə (dayanıq-hərəkət sistemi xəstəlikləri (MSD) və psixososial risk faktorları daxil olmaqla), həmçinin bacarıqlara (2023-cü ilin Avropa Bacarıqlar İli olduğunu nəzərə alaraq) və nəhayət, sektorun cəlbediciliyinin artırılması konsepsiyasının bir hissəsi kimi kadr çatışmazlığı və işçi qüvvəsinin saxlanmasına həsr olunub.

İştirakçılar Dublin Universitet Kollecinin professoru Roland Ern tərəfindən Aİ-nin səhiyyə sahəsindəki səlahiyyətlərinin artması və kadr çatışmazlığı problemini həll etməyə necə kömək edə biləcəyi ilə bağlı təqdimatını böyük maraqla dinləyiblər. Təqdimat və müzakirə daha çox ötən il dekabrın 9-da səhiyyə nazirlərinin görüşü ilə əlaqədar Avropa səhiyyə və tibb işçilərinin etiraz aksiyası zamanı irəli sürülən tələblərlə bağlı olub.

Bundan əlavə, komitə təklif olunan pensiya islahatına etirazını bildirən fransalı işçilərlə, tətil edən Hollandiya və Britaniya səhiyyə işçiləri ilə həmrəy olduğunu bildirib.

Nəhayət, “PSI” nümayəndəsi üzvlərə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, pandemiyaya qarşı davam etdirilən işlər haqqında məlumat verdi. Bu iş “PSI” və “EPSU” nümayəndələrinin birgə fəaliyyəti əsasında hazırlanıb.

ETİKETLƏR: